Məhkəmə qərarları › İş №2(029)-589/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-589/2020

16.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-589/2020 16.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 1200 (bir min iki yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun tanışıdır, münasibətləri yaxşı olmuşdur. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə ondan 1700 (bir min yeddi yüz) manat borca pul almış və həmin pulu xx xxxxxx 2018-ci il tarixdə qaytaracağı barədə söz vermiş və bu barədə Cavabdeh öz xətti ilə qəbz yazaraq ona vermişdir. Cavabdeh ona olan borcunu etiraf etmişdir. Həmin borcundan Cavabdeh 500 (beş yüz) manatı ona qaytarmış, lakin 1200 (bir min iki yüz) manat borcunu isə hal-hazıradək ona qaytarmamışdır. Dəfələrlə Cavabdeh borcunu tələb etsə də, cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ilə əvvəldən tanışdır və yaxşı münasibətləri olmuşdur. Pula ehtiyacı olduğu üçün o, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı 1700 (bir min yeddi yüz) manat borc pulu xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərtilə almış və bu barədə öz xətti ilə yazılı qəbz də vermişdir. Həmin borcundan o, İddiaçı 500 (beş yüz) manat qaytarmış, 1200 (bir min iki yüz) manatı isə hal-hazıra kimi iddiaçıya qaytarmamışdır. Hazırda maddi vəziyyəti yaxşı deyil, həmin pulu qaytarmağa imkanı yoxdur, lakin maddi vəziyyəti düzələn kimi iddiaçıya olan 1200 (bir min iki yüz) manat borcunu qaytaracaq. Qeyd edilənləri nəzərə alıb iddianıpn təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə verdiyi yazılı qəbzdən görünür ki, o, İddiaçı 1700 (bir min yeddi yüz) manat pul borcludur və borcunu xx xxxxxx 2018-ci il tarixdə qaytaracaq. İşdə olan ********* nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Qusar RİHB-nın Əcəxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 263 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Böyük Muruq kəndində yaşayır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Qusar rayonunun Böyük Muruq kəndində anadan olmuş İddiaçı ünvan 1i ünvannda qeyidyyatdadır. İşdə olan Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1971-ci il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş Cavabdeh ünvan 2i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdə qaytarmaq şərtilə 1700 (bir min yeddi yüz) manat borc pul almış və bu barədə xx xxxxxx 2018-ci il tarixdə yazılı qəbz vermişdir. Cavabdeh həmin borcundan 500 (beş yüz) manat iddiaçıya qaytarmış, 1200 (bir min iki yüz) manatı isə halhazıra kimi iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, Cavabdeh 1200 (bir min iki yüz) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar