Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-597/2021 02.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və üçüncü şəxs X2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik üzrə miras əmlakdakı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçılar həm vərəsəlik hüququ çərçivəsində miras qoyanın vərəsəsinə qarşı miras əmlakda payların müəyyən edilməsini, vərəsəliklə bağlı verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsini, həm də vərəsələrin dairəsinə aid olmayan şəxsə qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsini tələb etmişlər. Həmin tələblərə eyni vaxtda baxılması və müvafiq araşdırma aparılıb yekun məhkəmə aktı qəbul edilməsi isə mümkün deyildir. Belə ki, iddiaçılar əvvəlcə miras əmlaka dair özlərinin vərəsəlik hüquqlarının tanınmasını, vərəsəliklə bağlı verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsini tələb etməli, həmin tələblər təmin olunduğu və müvafiq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunduğu halda isə digər tələbləri irəli sürməlidirlər. Bununla da, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1, 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-597/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-597/2021
02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver