Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-601/2025 05.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 1970-ci il tarixdə Qusar rayonunun Ənix kəndində anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qardaşı X7 17 sentyabr 1970-ci il tarixdə Qusar rayonunun Ənix kəndində anadan olmuşdur. O, keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdikdən sonra qayıdaraq doğulduğu Qusar rayonunun Ənix kəndində yaşasa da Xaçmaz rayonunun Köhnə Xudat kəndində yaşayan qardaşının evinə həm pasport, həm də hərbi komissarlıqda qeydiyyata alınmışdır. X7 1-ci Qaradağ müharibəsi dövründə- 16 mart 1993-cü il tarixdə hərbi qeydiyyatda olduğu keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar könüllü olaraq hərbi xidmətə göndərilmiş, həmin vaxtdan da qardaşı Faiqdən heç bir xəbər yoxdur. Onun axtarışı ilə əlaqədar etdiyi tədbirlər heç bir nəticə verməmişdir. X1 hərbi xidmətə göndərilməsindən 35 il müddət keçməsinə baxmayaraq ondan heç bir xəbər, məlumat yoxdur. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 100 saylı arayışından da görünür ki, X7 16 mart 1993-cü il tarixdə keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. Bu xüsusat Qusar rayon İHB-nın Əniq kənd İƏD üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 331 saylı arayışı ilə də təsdiq olunur. Azərbaycan Respublikası DTX-nin HTBİ tərəfindən xx.xx.2024-cü il tarixdə X4 yaxın qohumu kimi donor olaraq ondan müəyyən bioloji istinad nümunələri götürülmüşdür. Göründüyü kimi, qardaşı X3 16 mart 1993-cü il tarixdən sonra heç bir xəbər, məlumat yoxdur. X4 məhkəmə qaydasında xəbərsiz itkin düşmüş elan edilməsi bununla əlaqədar qanunda nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə edilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını, qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Qusar RİHB-nın Əniq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X2 rayonunda qeydiyyatda olsa da 1993-cü ilin mart ayına kimi Qusar rayonu Əniq kəndində yaşamış, 1993-cü ilin mart ayının 16-da Xaçmaz rayon hərbi komissarlığı vasitəsi ilə səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə göndərilmişdir. 1993-cü ilin mart ayından hal-hazıra kimi X3 heç bir xəbər yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli 100 saylı arayışdan görünür ki, 1970-ci il təvəllüdlü X5 16 mart 1993-cü tarixdə keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə göndərilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçinin qardaşı 17 sentyabr 1970-ci il təvəllüdlü, Qusar rayonu Əniğ kənd sakini X7 1-ci Qaradağ müharibəsi dövründə- 16 mart 1993-cü il tarixdə hərbi qeydiyyatda olduğu keçmiş Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar könüllü olaraq hərbi xidmətə göndərilmişdir. Həmin vaxtdan etibarən qardaşı X7 daimi yaşadığı Qusar rayonu Əniğ kəndinə qayıtmamışdır. Ərizəçi X1 əmlaklarının idarə edilməsi üçün həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 17 sentyabr 1970-ci il tarixdə Qusar rayonunun Ənix kəndində anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 17 sentyabr 1970-ci il tarixdə Qusar rayonunun Ənix kəndində anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-601/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-601/2025
05.08.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver