Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-611/2021 19.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mətanət-A” şirkəti Cavabdeh qarşı borcun ödənilməsi və öhdəliklərin yerinə yetirilməməsinə görə dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8639.87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 faizi həcmində hesablanmaqla 8639.87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 17279.74 (on yeddi min iki yüz yetmiş doqquz manat yetmiş dörd qəpik) manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 59/14 saylı, 07.03.2014-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 (otuz) gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01.02.2020-ci, 20.05.2020-ci il tarixlərində imzalanmış “X1 aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, lakin indiyədək 8639.87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat borc qalığını ödəməmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 (otuz) gündən çox olduqda hər gün üçün 0.5 faiz həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə müqavilə bağlandıqdan sonra cavabdehə nisyə mal verilmişdir. Cavabdeh əvvəllər ödənişlər etmiş, sonuncu ödənişi 31.08.2020-ci ildə 250 manat etmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehlə bağlanmış müqavilədə həmin şəxsin borcunu vaxtında qaytarmadığı təqdirdə əlavə olaraq penya ödəməsi də nəzərdə tutulmuşdur. Penya məbləğinin azaldılması məsələsi məhkəmənin səlahiyyətindədir. Həmin məbləğin azaldılmasına etiraz etmirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 mart 2014-cü il tarixli 59/14 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə 5 il müddətinə şirkətin istehsal etdiyi məhsulları satmağı, pulunu isə şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin 0.2 faizi həcmində penya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, Satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. İşdə olan 07 mart 2014-cü il tarixli 59/14 saylı alqı-satqı müqaviləsinə əsasən 01.02.2020-ci il tarixli 3668 saylı X1 Aktından görünür ki, maye inşaat qarışıqları üzrə 6765.49 (altı min yeddi yüz altmış beş manat qırx doqquz qəpik) manat cavabdehə nisyə mal verilmişdir. Tərəflərin razılığına əsasən yaranmış borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İşdə olan 07 mart 2014-cü il tarixli 59/14 saylı alqı-satqı müqaviləsinə əsasən 01.02.2020-ci il tarixli 4134 saylı X1 Aktından görünür ki, xırdavat məhsulları üzrə 2466.25 (iki min dörd yüz altmış altı manat iyirmi beş qəpik) manat cavabdehə nisyə mal verilmişdir. Tərəflərin razılığına əsasən yaranmış borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İşdə olan 07 mart 2014-cü il tarixli 59/14 saylı alqı-satqı müqaviləsinə əsasən 20.05.2020-ci il tarixli 5137 saylı X1 Aktından görünür ki, quru inşaat qarışıqları üzrə 5783.44 (beş min yeddi yüz səksən üç manat qırx dörd qəpik) manat cavabdehə nisyə mal verilmişdir. Tərəflərin razılığına əsasən yaranmış borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. İşdə olan 18.05.2021-ci il tarixli MA-02/228 saylı Maliyyə arayışından görünür ki, İddiaçınə Cavabdeh borcu 8639.87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat təşkil edir. İşdə olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 26.04.2021-ci il tarixli MA- 02/188 saylı pretenziya məktubundan görünür ki, borcun 10 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda məhkəməyə və digər hüquq mühafizə orqanlarına müraciət olunacağı ona bildirilmişdir. Həmin pretenziya məktubu Cavabdeh 30.04.2021-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə İddiaçı Cavabdeh əsas borcuna dair göstərdiyi məbləğlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən penya məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə penyanın tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 500 (beş yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 8639.87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində penya tutularaq İddiaçı hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8639,87 (səkkiz min altı yüz otuz doqquz manat səksən yeddi qəpik) manat əsas borc, 500 (beş yüz) manat məbləğində penya, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 9169,87 (doqquz min yüz altmış doqquz manat səksən yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-611/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-611/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver