Məhkəmə qərarları › İş №2(029)-613/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-613/2020

14.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-613/2020 14.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat maddi zərərin əvəzinin, 50 (əlli) manat VAZ kooperativinə ödənilmiş məbləğin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 555 (beş yüz əlli beş) manat maddi zərərin əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə aralarında baş verən razılaşmaya əsasən ona məxsus olmaqla Qusar rayonunun Mucuq kəndində yerləşən yaşayış evinin həyətində toplanmış odunları cavabdeh doğradığı halda cavabdehə zəhmət haqqı olaraq 50 (əlli) manat pul verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh odunların bir qismini, yəni asan doğrananları doğramış, iri odunları doğramadan işini qurtarmamış evinə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh odunları doğramaq üçün gəlmədiyindən cavabdehin yanına gedərək iradını bildirmişdir. Cavabdeh odunların qalan qismini doğramaq üçün gücünün çatmayacağını bildirmiş, həmin vaxt aralarında mübahisə baş vermişdir. Daha sonra Cavabdeh ondan zəhmət haqqını tələb etmiş, cavabdehlə mübahisəni davam etdirməmək üçün öz evinə qayıtmışdır. Bundan sonra cavabdeh əvvəl həyətdən götürdüyü odun parçası ilə, sonra isə balta ilə ona məxsus “Niva Chevrolet” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol güzgülərini, arxa yük yerinin qapısının şüşəsini, arxa yük yerinin şüşəsinin şüşə silənini, arxa yük yerinin qapısının stop siqnal fənərini vuraraq sındırmışdır. Baş verən hadisə ilə əlaqədar o, Cavabdeh əməlindən polisə şikayət etmiş və Qusar rayon Polis Şöbəsinin polis kapitanı Xəqani Dadaşovun xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən onun ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Qusar “VAZ” kooperativinə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin hesablanmasını xahiş etmiş, bu məqsədlə “VAZ” kooperativinə seriya GÖL 154639 saylı mədaxil qəbzi üzrə 50 (əlli) manat pul vəsaiti də köçürmüşdür. Həmin gün avtomaşınına baxış keçirilərkən müvafiq Akt tərtib olunmuş, müəyyən edilmişdir ki, ona vurulmuş maddi zərərin məbləği 475 (dörd yüz yetmiş beş) manattəşkil edir. Cavabdeh təqsiri üzündən əmlakı, yəni “Niva Chevrolet” markalı avtomaşını zədələnmiş, yəni ona real zərər vurulmuşdur. Ona görə də ona dəymiş zərər Cavabdeh tam şəkildə alınaraq ona verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan Qusar “VAZ” kooperativi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair “SMETA”dan görünür ki, Qusar rayonu, Mucuq kənd sakini X2 etibarnamə ilə məxsus Şevrolet Niva-212300 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı buraxılış ili 2007, rəngi gümüşü metallik olan avtomaşına dəymiş maddi zərərin məbləği 285 (iki yüz səksən beş) manat ehtiyyat hissələri üçün, 70 (yetmiş) manat rəngsaz və 120 (bir yüz iyirmi) manat sağ və sol güzgülərin, arxa yük yerinin qapı şüşəsinin, şüşə siləni və stop siqnal fənərinin quraşdırılması üçün tələb olunan usta haqqı olmaqla, ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat təşkil edir. İşdə olan Seriya GÖL N 164639 nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı Qusar “VAZ” kooperativinin hesabına 50 (əlli) manat pul köçürmüşdür. İşdə olan 39290 nömrəli qəbzdən görünür ki, İddiaçıİddiaçı Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar olaraq 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki,xx xxxxxx 2019-cu il tarixdə Cavabdeharalarında yaranmış mübahisədən sonra odun parçası və balta ilə iddiaçı Cavabdeh məxsus “Niva Chevrolet” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ və sol güzgülərini, arxa yük yerinin qapısının şüşəsini, arxa yük yerinin şüşəsinin şüşə silənini, arxa yük yerinin qapısının stop siqnal fənərini vuraraq sındırmış və nəticədə avtomaşına 475 (dörd yüz yetmiş beş) manat məbləğində ziyan dəymişdir. Həmçinin İddiaçı avtomaşınına dəymiş zərərin məbləğini müəyyən etmək üçün Qusar “VAZ” kooperativinin hesabına 50 (əlli) manat pul köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbitəmin edilməli, Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat maddi zərər və 50 (əlli) manat Qusar “VAZ” kooperativinə ödənilmiş 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 475 (dörd yüz yetmiş beş) manat maddi zərər, Qusar “VAZ” kooperativinə ödənilmiş 50 (əlli) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 555 (beş yüz əlli beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar