Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-616/2020 13.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində 13 iyul 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x1 birgə nikahlarından anadan olmuş uşaqları 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 saxlanması üçün hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x6 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, nikahlarını 21 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə cavabdehin birgə nikahlarından 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin 18 may 2015-ci il tarixli 2(029)-157/2015 saylı qətnaməsinə əsasən 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 saxlanılması üçün Cavabdeh hər ay hər bir uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin alimenti vaxtı-vaxtında ödəyir. Lakin həmin məbləğ uşaqların cüzi ehtiyyaclarını belə ödəməyə kifayət etmir. İddiaçı heç bir yerdə işləmir. Həmin alimentlə isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması üçün həmi məbləğdən artıq aliment ödəməyə imkanı vardır. Ona görə də Cavabdeh uşaqların saxlanması üçün daha artıq aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi x2 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ № 989679 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x8 10 oktyabr 2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası x9r. İşdə olan İV-АР № 826530 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x7 14 yanvar 2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 18 may 2015-ci il tarixli 2(029)-157/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Sadıq qızı arasında 21 sentyabr 2007-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısının Əcəxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanaraq 05 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək anası İddiaçı Sadıq qızının yanında qalmaları, Cavabdeh 14 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq 10 oktyabr 2007-ci il təvəllüdlü x4 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Sadıq qızına verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı Sadıq qızı ilə Cavabdeh nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək evlənmiş, nikahlarını 21 sentyabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x5 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin 18 may 2015-ci il tarixli 2(029)-157/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı Sadıq qızı arasında 21 sentyabr 2007-ci il tarixdə Qusar rayon İcra Hakimiyyəti başçısının Əcəxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanaraq 05 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək anası İddiaçı Sadıq qızının yanında qalmaları, Cavabdeh 14 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq 10 oktyabr 2007-ci il təvəllüdlü x4 və 14 yanvar 2009-cu il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Sadıq qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 18 may 2015-ci il tarixli 2(029)- 157/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x5 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 18 may 2015-ci il tarixli 2(029)-157/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 10 oktyabr 2007-ci il təvəllüdlü x8 və 14 yanvar 2009-cu il təvəllüdlü x7 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-616/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-616/2020
13.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver