Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-616/2021 02.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ X18 Təşəkkül oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun vəkili X5 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Saruxanova X2 Yurik Ulfan oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan olan uşaqları, 11 iyul 2009-cu il təvəllüdlü X4, 17 yanvar 2011-ci il təvəllüdlü X3 və 09 dekabr 2014-cü il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 3 uşağa görə 510 (beş yüz on) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 11 iyul 2009-cu il təvəllüdlü X9, 17 yanvar 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah Qusar rayon məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(029)-997/2020 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə ayrıldığları vaxtdan 11 iyul 2009-cu il təvəllüdlü X9, 17 yanvar 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X11 onun himayəsində qalmışdırlar. Qusar rayon məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(029)-1257/2019 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə 11 iyul 2009-cu il təvəllüdlü X4, 17 yanvar 2011-ci il təvəllüdlü X3 və 09 dekabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 100( yüz maat , cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, cavabdehin 3 uşağın saxlanması üçün ödədiyi cəmi 300 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə cavabdeh uşaqların saxlanmaları üçün daha çox aliment ödəməyə borcludur. Qeyd edərək bildirir ki, ata evində məişət şəraiti ağır olduğundan o, hal-hazırda 3 azyaşlı uşaqları ilə birlikdə rəsmi notariat qaydada bağlanmış kirayə müqaviləsi əsasında Qusar şəhər sakini X7 məxsus, Qusar şəhəri M.Vəliyev küçəsi ev 176A nömrəli evdə kirayə qalır və hər ay 70 (yetmiş) manat kirayə haqqı ödəyir. Heç bir yerdə işləmədiyindən, sosial məişət şəraiti ağır vəziyyətdədir. Buna görə də uşaqların normal qidalanmasını təmin edə bilmir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə övladları 11 iyul 2009-cu il təvəllüdlü X9, 17 yanvar 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X11 halhazırda orta məktəbdə təhsil aldığından geyim əşyaları və dərs ləvazimatlarının alınması zərurəti yaranmışdır ki, cavabdeh tərəfindən ödənilən vəsait övladlarının saxlanması üçün tələb olunan həmin xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərin ödənilməsində yaranmış çətinliklər övladlarının sosiallığının azalmasına, təhsillərinə olan münasibətlərinin zəifləməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, cavabdeh aliment borcunu ödəyir. 800 ( səkkiz yüz) manat köhnədən borcu var idi. Hər ay aliment borcundan başqa 50 (əlli) manat köhnə borcundan ödəniş edir. Cavabdehin 3 uşağın saxlanması üçün ödədiyi cəmi 300 manat aylıq aliment uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Azyaşlı uşaqları hal-hazırda orta məktəbdə təhsil aldığından geyim əşyaları və dərs ləvazimatlarının alınması zərurəti yaranmışdır ki, cavabdeh tərəfindən ödənilən vəsait övladlarının saxlanması üçün tələb olunan həmin xərclərin yarısını belə ödəmir. Qeyd olunan xərclərin ödənilməsində yaranmış çətinliklər övladlarının sosiallığının azalmasına, təhsillərinə olan münasibətlərinin zəifləməsinə səbəb olur. Məhkəmə iclasında iddiaçının vəkili X10 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X10 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, 2008-ci ildə iddiaçı ilə nikahı rəsmi qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 11 iyul 2009-cu il təvəllüdlü X9, 17 yanvar 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah pozulmuşdur. Hazırda iddiaçının ondan tələb etdiyi alimenti ödəməyə imkanı yoxdur. Köhnədən olan 800 (səkkiz yüz) manat borcunuda hər ay 50 (əlli) manat ödəyir. Maddi vəziyyəti ağırdır. X16 ilə ailə həyatı qurmuşdur, lakin, nikahları rəsmi qeydiyyata alınmamışdır. Bundan əlavə onun himayəsində xəstə atası və Rəvanənin özü ilə gətirdiyi 2 uşağı vardır. İddiaçı ilə ayrıldıqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Hazırda heç bir yerdə işləmir, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 378632, AZ-İİ 593807 və AZ-İİİ 407545 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 11 iyul 2009-cu il tarixdə, X6 17 yanvar 2011-ci il tarixdə və X8 09 dekabr 2014-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-997/2020 saylı 09 dekabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qusar İHB-nın Yasab kənd İƏN-də 15 sentyabr 2008-ci il tarixli 47 saylı akt qeydi ilə bağlnamış nikahın pozulması qət edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-1257/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 04 dekabr 2019-cu il tarixdən başlayaraq 11 iyul 2009-cu il təvəllüdlü X9, 17 yanvar 2011-ci il təvəllüdlü X6 və 09 dekabr 2014-cü il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Qusar rayon Məhkəməsini qətnaməsinə əsasən 11 yanvar 2021-ci il tarixdə nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında Akt qeydləri kitabında 13 yanvar 2021-ci il tarixində 05 saylı akt qeydi ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Elvina, Malvina və Amir adlı uşaqların təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin 2(029)-1257/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan 2 ilə yaxın müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşaqların mənafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay hər bir uşağa görə sabit pul məbləğində 110 (yüz on) manat, cəmi isə 330 (üç yüz otuz) manat miqdarda müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 2(029)-1257/2019 saylı 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1988-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 11 iyul 2009-cu il təvəllüdlü X4, 17 yanvar 2011-ci il təvəllüdlü X3 və 09 dekabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa görə sabit pul məbləğində 110 (yüz on) manat, cəmi isə 330 (üç yüz otuz) manat aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: RAHİM HƏSƏNOV
Məhkəmə qərarları › İş №2(029)-616/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-616/2021
02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver