Məhkəmə qərarları › İş №2(029)-619/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-619/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-619/2021 23.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin icra etməməsi nəticəsində yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 27 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində borclu qaldığı 660 (altı yüz altmış) manat pulun, 48 (qırx səkkiz) manat faiz pulunun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında 27 dekabr 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə, ünvan 1 ünvanda yerləşən, ona məxsus olan mağazadan 1000 (min) manat dəyərində məişət malları borca verilmişdir. Cavabdeh borcu müqavilə üzrə müəyyən olunmuş cədvəl üzrə yanvar ayından başlayaraq, hər ayın 27-də 166.67 manat ödəniş etməklə 6 ay ərzində qaytarmalı idi. Cavabdeh tərəfindən 2020-ci ilin yanvar ayında ödəniş edilməmiş, yalnız həmin ilin fevral ayının 07-də və mart ayının 06-da hər ay 170 manat olmaqla cəmi 340manat ödəniş edilmişdir. Daha sonra isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hal-hazırda cavabdehin ona 660 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə borcun qaytarılması ilə əlaqədar etdiyi müraciətlərin nəticəsi olmamış, o, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borcun ödənilməsinə dair müqavilə üzrə müəyyən edilmiş müddətlərə görə cavabdeh tərəfindən borc 2020-ci ilin aprel ayından qaytarılmamış və onun borclu qaldığı pulun miqdarı 660 manatdır. Hesab edir ki, cavabdeh tərəfindən ona 1 il 2 ay üçün 48 manat miqdarında əlavə olaraq faiz pulu ödənilməlidir. Həmin miqdar, məhkəmədə işə baxılması müddəti nəzərə alınmaqla artırıla bilər. Onun tərəfindən cavabdehlə müqavilədə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, cavabdeh tərəfindən isə öhdəlik icra edilməməklə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, idda ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək izahatında bildirmişdir ki, Cavabdeh 27 dekabr 2019cu il tarixində ünvan 1 ünvanda yerləşən, ona məxsus olan mağazadan 1000 manat dəyərində məişət malları almışdır. Cavabdeh ödəməli olduğu məbləğdən iki ayın pulunu ödəmiş, lakin sonradan ödəniş etməmiş və pulu qaytarmamışdır. Pulun qaytarılması barədə Cavabdeh onun tərəfindən dəfələrlə bildirilsə də o, hər ay 50 manat ödəyəcəyini bildirmişdir. O, həmin malları bankdan aldığı kredit hesabına alır və buna görə banka faizlər ödəyir, cavabdehin 48 manat faiz borcu da bu səbəbdən yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin 660 (altı yüz altmış) manat əsas, 48 (qırx səkkiz) manat faiz borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamı şıxarılmasını məhkəmədə xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan mağazadan 1000 manat dəyərində məişət avadanlıqları almamışdır. O, şirkətin baş direktoru Emin adlı şəxsdən 1000 manat pul borc götürmüş, lakin məişət mallarının alması barədə aralarında müqavilə bağlanmışdır. Hazırda onun 660 manat borcu qalmışdır. O, “Pioner” şirkətinə məxsus “1001 xırdavat” mağazasında işləyir, 250 manat əmək haqqı alır, himayəsində 3 azyaşlı uşaqları vardır, maddi vəziyyəti ağırdır, ona görə də, hər ay 50 manat qaytarmağa razıdır. Hazırda iddianın təmin edilməsinə etiraz etmir və borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. İşə baxıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 dekabr 2019-cu il tarixli 10 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 6 ay müddətinə borcun qaytarılması şərti ilə 1000 manat dəyərində məişət malları satmışdır. İş materiallarında olan 10 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh 06.03.2020-ci il tarixə 660 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, Cavabdeh İddiaçı toplam məbləği 1000 (min) manat olan məişət malları almış, həmin məbləği hər ay 166.67 manat olmaqla 6 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək pulun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh 660 (altı yüz altmış) manat əsas borc, 48 (qırx səkkiz) manat bank uçotu dərəcəsinə görə hesablanmış faiz borcu olmaqla ümumilikdə 708 (yeddi yüz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. AzərbaycanRespublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 660 (altı yüz altmış) manat məbləğində pul, 48 manat bank uçotu dərəcəsinə görə hesablanmış faiz borcu və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar