Məhkəmə qərarları › İş №2(029)-620/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-620/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-620/2020 23.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X7 X3 nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, X7 X3 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X7 X5 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyanın Benifisiarın adı : Quba Regional X5, Benifisiarın hesabı: AZ51CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 X3 nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdə Mərkəzin Həzrə meşəbəyliyinin 4a saylı dolayısından qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 0,75 kub.metr həcmində işliyə yararlı girdə oduncaqları apararaq Meşə Fonduna 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Qanunsuz yolla odun aparmaqla Meşə Fonduna vurmuş olduğu 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyan Cavabdeh tutularaq Benifisiarın adı : Quba Regional X5, Benifisiarın hesabı: AZ51CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, ünvan 1dir. xx xxxxx 2020-ci il tarixdə Həzrə meşəbəyliyi ərazisindən özünə məxsus olan at arabası ilə fıstıq cinsindən olan oduncaq apararkən meşə gözətçisi tərəfindən saxlanılmışdır. O, iddiaçının tələb etdiyi Meşə Fonduna vurmuş olduğu 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyanı bir ay ərzində ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, tam, qərəzsiz araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli 57680 nömrəli Aktdan görünür ki, Həzrə Meşəbəyliyinin 4 saylı dolayının Meşə gözətçii X6 RMTM-nə yazılı verdiyi məlumata əsasən araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə 4 saylı dolayın meşə gözətçisi axşam saatlarında özünün qoruduğu dolayıdan evə qayıdarkən Meşədən Qusar rayon Böyük Muruq kəndinə qayıdan yolda Cavabdeh özünə məxsus at arabasında 0.75 kub.metr həcmində doğranmış fıstıq cinsi işlək ağacları gətirərəkən yaxalanmış və yerində maddi sübut kimi foto şəkillər çəkilmişdir. İşdə olan Quba Regional X5 tərəfindən verilmiş Cavabdeh tərtib olunmuş Həcm- Qiymət cədvəlindən görünür ki, Cavabdeh 0.75 kub metr fıstıq cinsindən işlək oduncağı qanunsuz olaraq aparmaqla meşə fonduna 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba Regional X5 tərəfindən ünvan 1 Cavabdeh ünvanlanmış 226 nömrəli, xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Bağışov X2 Həzrə meşəbəyliyinin 4a saylı dolayının ərazisindən qanunsuz olaraq 0.75 kub metr oduncaq daşıdığına görə Meşə Fonduna 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat məbləğində vurmuş olduğu ziyanı 10 (on) gün ərzində Mərkəzin Kapitalbankdakı 142593 nömrəli hesabına ödəməyəcəyi təqdirdə barəsində toplanmış sənədlərin hüquq mühaifə orqanlarına göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Mərkəzin Həzrə meşəbəyliyinin 4a saylı dolayının ərazisindən qanunsuz olaraq meşə məhsullarının buraxılışı orderi olmadan 0.75 kub metr fıstıq cinsli işlək oduncağı daşımaqla Meşə Fonduna 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində mülki hüquq pozuntularına (deliktlər) anlayış verilərkən qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Meşə Fonduna vurulmuş 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyan pulu tutulub Benifisiarın adı : Quba Regional X5, Benifisiarın hesabı: AZ51CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməlidir. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş 149.07 (bir yüz qırx doqquz manat yeddi qəpik) manat ziyan pulu tutulub Benifisiarın adı : Quba Regional X5, Benifisiarın hesabı: AZ51CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar