Məhkəmə qərarları › İş №2(029)-626/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-626/2023

12.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-626/2023 12.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Cavabdeh yaratdığı maneələrin (ölçmə işlərinə etdiyi müdaxilələrin) aradan qaldırılmasına dairqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlini olmuşdur. X1 cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-306/2023 saylı qətnaməsinə əsasən boşanmışlar və azyaşlı qızı Melisa Qasımovanın yetkinlik yaşına çatana kimi sabit pul məbləğində 300 manat olmaqla aliment kəsilmişdir. Onun oğlu cavabdehlə evlənməmişdən öncə o, Qusar rayonunu, Samur qəsəbəsindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 ha həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Həmin çıxarış DƏDRX-nin Qusar rayon ərazi idarəsi tərəfindən ********** qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinin içərisində o, fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə dair qaz və işıq çəklişi ilə bağlı bütün lahiyyə və smetası işlənərək onun adına verilmişdir. Hal-hazırda Cavabdeh ona məxsus fərdi yaşayış evinə yığışaraq həmin evdən çıxmaq istəmir. Eyni zamanda o, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd əldə etmək məqsədi ilə Qusar rayon İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin eləcədə DƏDRX-nin Qusar rayon ərazi idarəsinə müraciət etmişdir. Müraciəti əsasında DƏDRX-nin Qusar rayon Ərazi İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Qusar rayon Samur qəsəbəsində yerləşən ona məxsus olan fərdi yaşayış evində ölçü işləri aparmaq istəyərkən Cavabdeh və onun anası Qusar Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işləri aparmaq üçün maneələr yaratdılar. Bu səbəbdən Qusar rayon Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparmaq mümkün olmadı. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında yolun uzaqlığı və səhhətində olan xəstəliklə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayonu Samur qəsəbəsində yerləşən 0.06ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə dair özünün vərəsəlik hüquqlarını həyata keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin əmkdaşlarına müraciət olunmuş, lakin həmin idarələrin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törədilməsinin Cavabdeh qadağa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayon Samur qəsəbəsində yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törədilməsinin Cavabdeh qadağa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar