Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-633/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X8 Cavabdeh qarşıborc tələbinin vərəsələrə yönəldilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Quba” filialı ilə borclu X6 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli QSNPU- 0984 saylı kredit müqaviləsinə əsasən kreditə görə 660.81 (altı yüz altmış dollar səksən bir sent) ABŞ dolları, faiz borcuna görə 76.06 (yetmiş altı dollar altı sent) ABŞ dolları, cərimə borcuna görə 0 (sıfır) ABŞ dolları, cəmi 736.87 (yeddi yüz otuz altı dollar səksən yeddi sent) ABŞ dolları pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun birgə borclu kimi X3 qanun üzrə birinci dərəcəli vərəsəsi əri- Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin “Qusar” filialı ilə X6 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli QSNPU-0984 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26 faiz olmaqla 36 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə və onlara əlavə olan ödəniş cədvəlinə əsasən borclu həmin məbləği və ona hesablanmış faizi hər ayın 06-dan gec olmamaq şərtilə ödəməli idi. Lakin borclu X1 ödənişlərini vaxtlı vaxtında edə bilməmişdir. İddiaçı ASC xx xxxxxxx 2016-cı il tarixdə kredit tələbi üzrə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Lakin o zaman borclu X3 ölməsi faktı müəyyən olunduğu üçün adı çəkilən iddia ərizəsini məhkəmə baxılmamış saxlamışdır. Belə ki, Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2016-cı il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən X6 xx xxxxxx 2016-cı il tarixdə qara ciyər koması səbəbindən ölmüşdür. Hal-hazırda Bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə (vərəsələrin kreditor qarşısında məsuliyyəti) əsaslanaraq borclu X3 xx xxxxxx 2016-cı il tarixdə öldüyünü nəzərə alaraq, onun xx xxxx 2015-ci il tarixli QSNPU-0984 saylı kredit müqaviləsin görə borcunu qanun üzrə birinci dərəcəli vərəsəsindən tələb edir. Bu borclunun əri Cavabdehdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxxx 2015-ci il tarixli QSNPU-0984 nömrəli X5 görünür ki, İddiaçı ASC X4 illik faiz dərəcəsi 26 faiz olmaqla 36 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli RB-02/PK-1884 nömrəli Arayışdan görünür ki, borclu X3 xx xxxx 2015-ci il tarixli QSNPU-0984 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə olan borcu kreditə görə 660.81 (altı yüz altmış dollar səksən bir sent) ABŞ dolları, faiz borcuna görə 76.06 (yetmiş altı dollar altı sent) ABŞ dolları, cərimə borcuna görə 0 (sıfır) ABŞ dolları, cəmi 736.87 (yeddi yüz otuz altı dollar səksən yeddi sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması üçün 30.00 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan AZ-İ № 811419 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Notariat Kontoru tərəfindən İddiaçı ASC-yə ünvanlanmış X- 407 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli cavab məktubundan görünür ki, xx xxxxxx 2016cı il tarixdə vəfat etmiş X3 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəliyin qəbulu X9 şəhadətnamənin verilməsi üçün xx xxxxxxx 2016-cı il tarixdə əri Cavabdeh Qusar rayonu notariat konotruna müraciət daxil olmuşdur. Həmin müraciətə əsasən Qusar rayon notariat kontorunda vərəsəlik işi açılmışdır. İşdə olan xx xxxx 2018-ci il tarixli Qanun üzrə X9 Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə ölmüş X3 vərəsəsi əri Cavabdehdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borclu X6 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli QSNPU-0984 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 illik faiz dərəcəsi 26 faiz olmaqla 36 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra edə bilməmiş, kredit ödənişlərini vaxtlı vaxtında edə bilməmiş və nəticədə iddiaçıya kreditə görə 660.81 (altı yüz altmış dollar səksən bir sent) ABŞ dolları, faiz borcuna görə 76.06 (yetmiş altı dollar altı sent) ABŞ dolları, cərimə borcuna görə 0 (sıfır) ABŞ dolları, cəmi 736.87 (yeddi yüz otuz altı dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Borclu X6 xx xxxxxx 2016-ci il tarixdə ölmüşdür. Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli Qanun üzrə X9 Şəhadətnaməyə əsasən X3 vərəsəsi əri Cavabdehdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə şərh olunanlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,İddiaçı ASC ilə X6 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsinə əsasənkreditə görə 660.81 (altı yüz altmış dollar səksən bir sent) ABŞ dolları, faiz borcuna görə 76.06 (yetmiş altı dollar altı sent) ABŞ dolları, cərimə borcuna görə 0 (sıfır) ABŞ dolları, cəmi 736.87 (yeddi yüz otuz altı dollar səksən yeddi sent) ABŞ dolları (qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə) pul birgə borclu kimi X3 qanun üzrə birinci dərəcəli vərəsəsi əri Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı” ASC ilə X6 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsinə əsasənkreditə görə 660.81 (altı yüz altmış dollar səksən bir sent) ABŞ dolları, faiz borcuna görə 76.06 (yetmiş altı dollar altı sent) ABŞ dolları, cərimə borcuna görə 0 (sıfır) ABŞ dolları, cəmi 736.87 (yeddi yüz otuz altı dollar səksən yeddi sent) ABŞ dolları (qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə) pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu birgə borclu kimi X3 qanun üzrə birinci dərəcəli vərəsəsi əri Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-633/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-633/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver