Məhkəmə qərarları › İş №2(029)-633/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-633/2022

11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-633/2022 11.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayonu, Əvəcuq kəndində yaşayan Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi olaraq 1130 (min yüz otuz) manat məbləğində pulun və 32 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-715/2021 saylı qətnaməsinə əsasən 2012-ci il buraxılışlı, VAZ-21154 markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Qusar Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. Qusar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2022-ci il tarixdə VAZ-21154 markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb alınıb qanuni sahibliyinə və istifadəsinə qaytarılmış və bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin qeyd olunan avtomaşın ona təhvil verilərkən həmin avtomaşının bəzi hissələrinin tam, bəzi hissələrinin isə qismən yararsız vəziyyətə düşməsi müəyyən edilmiş və bu barədə mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən 2012-ci il buraxılışlı, VAZ-21154 markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin dəyəri 760 (yeddi yüz altmış) manat, avtomaşının təmiri isə 370 (üç yüz yetmiş) manat olmaqla cəmi 1130 (bir min bir yüz otuz) manat edir. Göründüyü kimi, Cavabdeh hərəkətləri nəticəsində onun mülkiyyətində olan 2012-ci il buraxılışlı, VAZ-21154 markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1130 (bir min bir yüz otuz) manat məbləğində ziyan dəymişdir ki, həmin məbləğ Cavabdeh alınaraq onun xeyrinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehdən dəymiş ziyan olaraq 1130 manat tələb edir. Həmin ziyan 28 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmiri (bərpa edilməsinə) dair SMETA (haqqı hesabı) Aktına əsasən müəyyən olunmuşdur. Həmin aktı servisin müdürü tərtib etmişdir. Avtomobilin ona qaytarılması barədə icra sənədinə əsasən, icra və probasiya işçilərinin iştirakları ilə müvafiq akt tərtib olunaraq həmin avtomobil ona qaytarılmışdır. Bundan sonra o, avtomobilin nasaz olduğunu görmüş və dəymiş zərərin müəyyən edilməsi barədə smeta tərtib olunmuşdur. Həmin avtomobili cavabdeh öz yeznəsindən almışdır. Həmin vaxt onun xəbəri olmuşdur. Maşını cavabdehin yeznəsinə satan vaxt maşının geri qaytarılması barədə razılıq olmamışdır. Cavabdehin onun oğluna 10000 (on min) manat borcu olmuş, pul borclu olması barədə yazılı razılaşma olmamışdır. Belə ki, onun oğlu cavabdehin evində təmir işləri görmüş, lakin əvəzində ona pul qaytarmamışdır. O, avtomobili cavabdehin yeznəsinə 9000 (doqquz min) manata satmışdır. Cavabdeh yeznəsi maşını Vadimə 2018-2019-cu illərdə satmış, həmin ərəfədə Cavabdeh onun oğluna 10000 (on min) manat pul borcu olmuşdur. Hazırda o, avtomobili metallom kimi satmış, satmamışdan əvvəl maşını düzəltmək üçün 700 manat xərc çəkmiş və iki ay əvvəl, yəni may ayının axırında 7000 manata Sumqayıt şəhərinə maşını sürərək aparıb tanımadığı bir şəxsə satmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, avtomobili öz yeznəsindən 2021-ci ilin dekabr ayının 22-də etibarnamə əsassında 8800 manata almışdır. Yeznəsi həmin vaxt maşını iddiaçıdan aldığı 1 ildən sonra ona satmışdır. İddiaçının onun oğluna pul borclu olması barədə dedikləri yalandır. Həqiqətən də, iddiaçının oğlu təxminən 4 il əvvəl onun evinin təmirində iştirak etmiş, təmirin dəyəri 1100 (min yüz) manat təşkil etmiş, o, iddiaçının oğluna 600 manat pul vermiş, özüdə həmin işdə fəhlə kimi işləmişdir. Həmin vaxt o, iddiaçının oğlu ilə yaxşı münasibətdə olmuş, həmin vaxt iddiaçının oğlu ilə 600 manat pul verilməsi barədə öz aralarında razılığa gəlmişlər. 3 ay olar ki, o, yeznəsindən aldığı avtomobili icra və probsiya işçilərinin iştirakı ilə onun evindən aparmışdır. Həmin avtomobil onun istifadəsində olan vaxt o, avtomobilə heç bir ziyan vurmamışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-715/2021 saylı qətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. İşdə olan 28 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmiri (bərpa edilməsinə) dair SMETA (haqqı hesabı) Aktından görünür ki, İddiaçı dəymiş maddi ziyan 1130 (bir min bir yüz otuz) manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli icra məmuru Nəcəfov A.Ə., icra məmuru Əliyev F.A., tələbkar İddiaçı, Borclu Cavabdeh və hal şahidi Yüzbəyov S. tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 715/21 saylı icra sənədinə əsasən 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh oğlunun qanunsuz sahibliyindən və istifadəsindən alınıb İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmışdır. Beləliklə, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi 28 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmiri (bərpa edilməsinə) dair SMETA (haqqı hesabı) Aktının sübut kimi qəbul etməmişdir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli akt üzrə Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-715/21 saylı icra sənədinə əsasən 2012-ci il buraxılışlı, VAZ- 21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman avtomobildə hər hansı çatışmamazlıq və ya qüsurlar olmasına dair qeyd verməmişdir. Bundan başqa 28 aprel 2022-ci il tarixli nəqliyyat vasitələrinin təmiri (bərpa edilməsinə) dair SMETA (haqqı hesabı) Aktının tərtibi zamanı avtomobilə vululmuş maddi ziyanın avtomobilin özünün amatizisiya xərcləri olub olmaması göstərilməmiş, həm də həmin aktın tərtibi zamanı cavabdehin iştirakı olmadan birtərəfli olaraq tərtib edilmişdir. Belə ki, iddiaçı avtomobilə vurulmuş zərərin akt üzrə 1130 (min yüz otuz) manat olduğunu bildirsədə, məhkəmə baxışı zamanı izahatında avtomobilə 700 manat xərc çəkərək Sumqayıt şəhərinə sürərək aparıb orada tanımadığı şəxsə satdığı bildirmişdir. Belə ki, cavabdehin təqsiri ucbatından iddiaçıya maddi ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilməmiş, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qarşı dəymiş ziyan tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar