Məhkəmə qərarları › İş №2(029)-636/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-636/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-636/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X2rşıkreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borcun, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcunun, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcunun, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X7 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə illik 25 faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. Hazırda borclu X7 “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh X7 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC-yə xx xxxx 2018-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borcu, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcu, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat borcu yaranmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli CP/22847/64/11 nömrəli Kredit Sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X6 36 ay müddətinə illik 25 faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmiş. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən X4 İddiaçı ASC-yə 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borcu, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcu, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat borcu vardır. İşdə olan ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli CP/22847/64/11 nömrəli Kredit Sazişinə əsasən bank cavabdeh X6 36 ay müddətinə illik 25 faiz olmaqla 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh X7 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikəri lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borcu, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcu, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə şərh olunan halla məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehX3 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borc, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcu, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat borc tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 3295.19 (üç min iki yüz doxsan beş manat on doqquz qəpik) manat məbləğində əsas borc, 1154.15 (bir min bir yüz əlli dörd manat on beş qəpik) manat məbləğində faiz borcu, 122.53 (bir yüz iyirmi iki manat əlli üç qəpik) manat məbləğində cərimə borcu, cəmi 4571.87 (dörd min beş yüz yetmiş bir manat səksən yeddi qəpik) manat və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar