Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-637/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıkreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat məbləğində əsas borcun, 1169.39 (bir min bir yüz altmış doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcunun, 158.16 (bir yüz əlli səkkiz manat on altı qəpik) manat məbləğində cərimə borcunun, cəmi 6757.75 (altı min yeddi yüz əlli yeddi manat yetmiş beş qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə illik 23 faiz olmaqla 6000 (altı min) manat məbləğində kredit vermişdir. Hazırda borclu Cavabdeh1 “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə düşən məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank ona 48 ay müddətinə illik 23 faiz olmaqla 6000 (altı min) manat məbləğində kredit vermişdir. Onun kredit müqaviləsi üzrə öhdəliklərinin təmini olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Maddi vəziyyətində yaranmış çətinliklərə görə iddiaçıya olan kredit borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçının tələb etdiyi kredit borcunu qaytarmağa imkanı yoxdur, lakin bütün imkanlarından istifadə edərək İddiaçı ASC-yə olan kredit borcunu ödəyəcək. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli CP/63335/64/19 nömrəli Kredit Sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 23 faiz olmaqla 6000 (altı min) manat məbləğində kredit verilmiş və onun öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat əsas, 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat faiz və 158.16 (bir yüz əlli səkkiz manat on altı qəpik) manat cərimə borcu vardır. Beləliklə məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli CP/63335/64/19 nömrəli Kredit Sazişinə əsasən bank Cavabdeh1 48 ay müddətinə illik 23 faiz olmaqla 6000 (altı min) manat məbləğində kredit vermiş və Cavabdeh1 öhdəliklərinin icrasının təmini olaraq digər Cavabdeh2 İddiaçı ASC qarşısında zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikəri lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat əsas, 1169.39 (bir min bir yüz altmış doqquz manat otuz doqquz qəpik) manat faiz, 158.16 (bir yüz əlli səkkiz manat on altı qəpik) manat cərimə borcu, cəmi 6757.75 (altı min yeddi yüz əlli yeddi manat yetmiş beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə şərh olunan halla məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat əsas borc, 1169.39 (bir min bir yüz altmış doqquz manat otuz doqquz qəpik) manat faiz borcu və 158.16 (bir yüz əlli səkkiz manat on altı qəpik) manat cərimə borcu, cəmi 6757.75 (altı min yeddi yüz əlli yeddi manat yetmiş beş qəpik) manat borc tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5430.2 (beş min dörd yüz otuz manat iyirmi qəpik) manat əsas borc, 1169.39 (bir min bir yüz altmış doqquz manat otuz doqquz qəpik) manat faiz borcu və 158.16 (bir yüz əlli səkkiz manat on altı qəpik) manat cərimə borcu, cəmi 6757.75 (altı min yeddi yüz əlli yeddi manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu tutulub İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-637/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-637/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver