Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-639/2020 18.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti (Ləğv Prosesindədir) iddia ərizəs ilə məhkəməyə müraciət edərək "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 1142 nömrəli Kredit müqaviləsi üzrə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinəödənilməmiş 404.50 ABŞ dollarıəsas, 181.02 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 478.96 ABŞ dolları müqaviləüzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 63.72 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz borc olmaqla, ümumilikdə 1128.20 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinəödənilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-639/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 2(010)-3604/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş ərazi aiddiyyatının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7215/2020 sayhlı xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 mülki işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət verərək izahatında göstərmişdir ki, iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qusar Rayon Məhkəməsinə kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddia ərizəsi tərtib edilərkən Cavabdeh1 hüquqi ünvanı səhvən Qusar rayonunun Hil kəndi, digər Cavabdeh2 hüquqi ünvanı isə səhvən ünvan 2 qeyd edilmişdir. Əslində isə cavabdehlərin hüquqi ünvanı ünvan 3 Buna görə də iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(029)-639/2020 saylı mülki işin cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işüzrə iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti təmin edilməli və mülki işcavabdehlərin qeydiyyatda olduqları yer üzrə baxılmasıüçün aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE 00****** saylı xx xxxxxx 2014-cü il tarixdə ASAN 4 tərəfindən verilmiş, xx xxxx 2029-cu il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxxx 1979-cu il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri, Nizami küçəsindəki 102 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 08070503 saylı xx xxxxxxxx 2010-cu il tarixdə Ağcabədi RPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 1981-ci il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri, Nizami küçəsindəki 102 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPE şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 xx xxxx 1979-cu il tarixdə Laçın şəhərində anadan olmuş, Laçın şəhəri, Nizami küçəsindəki 102 saylı evdə qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilən cavabdehlər xx xxxx 1979-cu il təvəllüdlü Cavabdeh1 və xx xxxx 1981-ci il təvəllüdlü X1 şəhəri, Nizami küçəsindəki 102 saylı evdə qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia tələbi ilə düzgün olmayaraq Qusar rayon məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə Qusar rayon məhkəməsinə deyil cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Laçın Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə qeyd olunan prosessual normaları və göstərilən əsasları rəhbər tutaraq hesab edir ki, iddiaçıləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş baxılmasıüçün aidiyyəti üzrə cavabdehlərin qeydiyyatda olduqları yer üzrə Laçın rayon məhkəməsinə göndərməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 vəsatəti təmin edilsin. İddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş cavabdehlərin qeydiyyatda olduqları yer üzrə baxılmasıüçün aidiyyəti üzrə Laçın rayon məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-639/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-639/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver