Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-641/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X5-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X5-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5-nin Cavabdeh1 arasında bağlanmış 032R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi; cavabdehlər Cavabdeh1 Nəsməddin oğlundan, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı X5-nin xeyrinə 032R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 4095.03( dörd min doqsan beş dollar üş sent) ABŞ dolları məbləğində əsas borcu, 5344.8(beş min üç yüz qırx dörd dollar səksən sent) ABŞ dolları məbləğində faiz borcu və 1691.82( bir min altı yüz doqsan bir dollar səksən iki sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10131.65(on min bir yüz otuz bir dollar altmış beş sent) ABŞ dolları məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı X5-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasinda İddiaçı X5-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlərin krediti rstrukturizasiya olunmuşdur. Ona görə də iddianın baxılmamış saxlanması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alıb İddiaçı X5-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini və ərizəyə əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh1 Nəsməddin oğlunun, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı X5-nin cavabdehlər Cavabdeh1 Nəsməddin oğluna, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X5-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-641/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-641/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver