Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-641/2021 13.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3553.69 (üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 9.40 (doqquz manat qırx qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, Bankın Qusar filialı ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 3625.69 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 24-dən gec olmayaraq hər ay 61.98 (altmış bir manat doxsan səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3553.69 (üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 9.40 (doqquz manat qırx qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat təşkil edir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram göndərərək mülki işə iştirakları olmadan baxılıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, İddiaçı ASC-nin ondan ümumilikdə 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat borcun tutulmasına dair iddiasını qəbul edir. Belə ki, o, 2019-cu ildə iddiaçıdan 3625.69 manat məbləğində kredit götürmüş, lakin sonradan maddi vəziyyəti pisləşdiyindən banka olan borcunu ödəyə bilməmişdir. Hazırda həmin borcu verməkdən imtian etmir. Lakin, borcun ödənilməsi üçün ona vaxt verilməsini istəyir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli QFS-5480_KMP saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 1% dərəcəsi olmaqla 60 ay müddətinə 3625.69 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 04.05.2021-ci il tarixli RB-02/PK- 4729 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 24 dekabr 2019-cu il tarixli QFS- 5480_KMP saylı kredit müqaviləsi üzrə 28 aprel 2021-ci il tarixinə banka əsas borca görə 3553.69 (üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 9.40 (doqquz manat qırx qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. İşdə olan Cavabdeh 13.10.2021-ci il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Banka olan borcunu verməkdən imtina etmir. Ona görə də borcunu ödəməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh əsas borca görə 3553.69 (üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 9.40 (doqquz manat qırx qəpik) manat olmaqla cəmi 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 3553.69 (üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 9.40 (doqquz manat qırx qəpik) manat olmaqla cəmi 3563.09 (üç min beş yüz altmış üç manat doqquz qəpik) manat məbləğində kredit borcu, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-641/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-641/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver