Məhkəmə qərarları › İş №2(029)-645/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-645/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-645/2020 30.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X2 xeyrinə 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1474.46( bir min dörd yüz yetmiş dörd manat qırx altı qəpik) manat məbləğində əsas borcu, 978.55(doqquz yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat məbləğində faiz borcu və 461.05 (dörd yüz altmış bir manat beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2914.06( iki min doqquz yüz on dörd manat altı qəpik) manat 011R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1589.97( bir min beş yüz səksən doqquz manat doqsan yeddi qəpik) manat məbləğində əsas borcu, 1016.05(bir min on altı manat beş qəpik) manat məbləğində faiz borcu və 497.17 (dörd yüz doqsan yeddi manat on yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3103.19( üç min yüz üç manat on doqquz qəpik) manat Ümumilikdə cəmi 6014.25( altı min on dörd manat iyirmi beş qəpik)manat məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı X4-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X4-nin nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlərin krediti rstrukturizasiya olunmuşdur. Ona görə də iddianın baxılmamış saxlanması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alıb İddiaçı X4-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini və ərizəyə əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nın və Cavabdeh4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etidiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı X4-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit və ona hesablanmış faiz məbləğlərinin geri qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar