Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-648/2020 17.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 544.51 (beş yüz qırx dörd manat əlli bir qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1563.02 (bir min beş yüz altmış üç manat iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirib idianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, xx xxxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 19.5 faizlə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti xx xxxxx 2017ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixinədək cavabdehlərin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 544.51 (beş yüz qırx dörd manat əlli bir qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1563.02 (bir min beş yüz altmış üç manat iki qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur. Cavabdeh1 Rusiya Federasiyasına getmiş və karantin qaydalarına görə hazırda da orada qalmışdır. Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19.5 faizlə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit götürmüşdür. Borcun təminatı olaraq onun ilə zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanları pisləşdiyi üçün iddiaçıya olan borclarını ödəyə bilməmişlər. İddiaçının tələb etdiyi cərimə məbləği yüksəkdir. Həmin cərimnin azaldılmasını xahiş edir. İmkanları olan kimi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə yaranmış borclarını ödəyəcəklər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 2015-ci il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 19.5 faizlə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit götürmüşdür. Kredit müqaviləsinin müddəti xx xxxxx 2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxxxx 2020-ci il tarixinədək cavabdehlərin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 544.51 (beş yüz qırx dörd manat əlli bir qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1563.02 (bir min beş yüz altmış üç manat iki qəpik) manat məbləğində borcu yaranmışdır. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 19.5 faizlə 18 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit götürmüşdür. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli 240009853/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcunun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********003 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə İddiaçı ASC-yə 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 544.51 (beş yüz qırx dörd manat əlli bir qəpik) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1563.02 (bir min beş yüz altmış üç manat iki qəpik) manat borcu vardır. İşdə olan ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. «Azərbaycan» Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 50 (əlli) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1068.51 (bir min altmış səkkiz manat əlli bir qəpik) manat borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 649.15 (altı yüz qırx doqquz manat on beş qəpik) manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 278.73 (iki yüz yetmiş səkkiz manat yetmiş üç qəpik) manat faiz, 50 (əlli) manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 90.63 (doxsan manat altmış üç qəpik) manat borc, ümumilikdə 1068.51 (bir min altmış səkkiz manat əlli bir qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-648/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-648/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver