Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-654/2020 22.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-411/2012 saylı 21 iyun 2012-ci il tarixli qətnaməsi ilə 22 sentyabr 2010-cu il təvəllüdlü x2saxlanması üçün Cavabdeh onun xeyrinə tutulmuş 70 manat sabit pul məbləğində almentin miqdarı dəyişdirilərək 170 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oiddianı onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahlarından 22 sentyabr 2010-cu il təvəllüldlü Fərid adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(029)-411/2012 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə həmin uşağın saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hal-hazırda o, işləmir və uşağın saxlanması üçün 70 manat aliment kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi və digər təmintalarının ödənilməsi üçün tələb olunan xərcin miqdarı artır. Onun təhsili ilə əlaqədar bir çox xərclər tələb olunur və s. Məhkəmə tərəfindən tutulmuş aliment isə həmin uşağın çox cüzi ehtiyaclarını ödəyir. Cavabdehin isə uşağın saxlanması üçün hər cür şəraiti vardır. Hesab edir ki, Qusarrayon məhkəməsinin 2(029)-411/2012 saylı 21 iyun 2012-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment hazırda yetkinlik yaşına çatmamış uşağı Fəridinsaxlanması üçün kifayət etmədiyindən və onun yaşayış vəziyyəti aşağı olduğundan məhkəmə tərəfindən təyin olunmuş sabit pul məbləğində 70 manat alimentin miqdarı dəyişdirilməli və sabit pul məbləğində 170 manat müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində cavabdehdən onun xeyrinə Fərid adlı uşağın saxlanması üçün hər ay 170 manat aliment tutulmasını xahiş etmişdir. Hazırda isə cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulmasını xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsini və alimentin miqdarı müəyyən olunarkən həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddiaçı ilə birgə nikahlarından anadan olmuş Fərid adlı uşağın saxlanması üçün aliment ödəməkdən imtina etmir, buna razıdır. O, işləmir və aylıq sabit gəliri yoxdur. Odur ki, onun hər ay 170 manat məbləğində aliment ödəməyə imkanı yoxdur və həmin uşağın saxlanması üçün 100 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, ondan Fərid adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 873587 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 22 sentyabr 2010-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-411/2012 saylı 21 iyun 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 22 may 2012-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat alimentin tutularaq 22 sentyabr 2012-ci il tarixdə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş azyaşlı Fərid adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(029)-411/2012 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 8 ildən artıq müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, tərəflərin razılıqlarını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 100 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 21 iyun 2012-ci il tarixli 2(029)-411/2012 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 1979-cu ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 22 sentyabr 2010-cu il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-654/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-654/2020
22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver