Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-679/2023 02.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən onun avtomaşınının zədələnməsi nəticəsində ona dəymiş 180 (yüz səksən) manat maddi zərərin və iddia qaldırmaqla əlaqədar ödədiyi 30 (otuz) manat dövlət rüsumu pulunun, cəmi olaraq 210(iki yüz on) manat pulun Cavabdeh alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10 iyun 2023-cü il tarixdə saat 11-00 radələrində özünə məxsus “VAZ-21013” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qusar şəhəri Ə.Fərzəliyev küçəsindəki “Pioneer” marketin qabağında saxlamışdır. Həmin vaxt Cavabdeh idarə etdiyi “QAZ- 330202” markalı ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun maşınının yanından manevr edərkən cavabdehin idarə etdiyi maşının arxa yük yerindən çölə uzanmış vəziyyətdə olan dəmir boru onun maşınının sol arxa qanadına dəyib maşınını zədələmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da onun avtomaşınına maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar rayon PŞ-nin DYPB əməkdaşları tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Qusar rayon PŞ-nin DYP bölməsinin 19 iyun 2023-cü il tarixli, TP-5801343 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati qaydada cərimə edilmişdir. Cavabdeh təqsiri üzündən onun avtomaşını zədələnmiş və ona 180 (yüz səksən) manat zərər dəymişdir. Cavabdeh sığorta müqaviləsinə əsasən cavabdehin törətdiyi həmin yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi nəzərdə tutulmamışdır. Ona görə də həmin sığorta müqaviləsi ilə əhatə olunmayan, cavabdehin təqsiri üzündən onun avtomaşınına dəymiş 180 (yüz səksən) manat maddi zərər Cavabdeh alınaraq ona qaytarılmalıdır. Baş vermiş hadisədən sonra onun avtomaşınına Xırdalan şəhərində "xxxx"ASC-də avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan avtoekspert X2 tərəfindən baxış keçirilmiş və avtomaşının təmir edilməsi üçün 180 (yüz səksən) manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Bu barədə 17 iyul 2023-cü il tarixdə müvafiq ziyan aktı tərtib edilmiş, həmin akt avtoekspert X2 tərəfindən təsdiq edilmişdir. Bir neçə dəfə müraciət etsə də Cavabdeh ona dəymiş maddi zərəri könüllü qaytarmamışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə baxışı iclası 02 noyabr 2023-cü il tarixə saat 10:30-a təyin olunmuşdur. O, iddianı müdafiə edir. O, Sumqayıt şəhərində yaşayır və məhkəmə iclaslarına gələ bilmir. Ona görə də, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin X1 avtoeksperi X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli F/044 saylı ziyan aktından görünür ki, **-CO-*** dövlət nömrə nişanlı “VAZ 21013” markalı avtomaşına 180 (yüz səksən) manat ziyan dəymişdir. İşdə olan xx.xx.2023-cü il tarixli yol hərəkəti qaydaları təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP5801343 saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 11:00-da Qusar şəhəri Ə.Fərzəliyev küçəsi Pioneer marketin qarşısında ərazidə QAZ 330202 14 yük markalı, 99RV684 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarının pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimələnmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 10 iyun 2023-cü il tarixdə saat 11-00 radələrində İddiaçı özünə məxsus “VAZ-21013” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qusar şəhəri Ə.Fərzəliyev küçəsindəki “Pioneer” marketin qabağında saxlamışdır. Həmin vaxt Cavabdeh idarə etdiyi “QAZ- 330202” markalı ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçının maşınının yanından manevr edərkən cavabdehin idarə etdiyi maşının arxa yük yerindən çölə uzanmış vəziyyətdə olan dəmir boru onun maşınının sol arxa qanadına dəyib maşınını zədələmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da onun avtomaşınına maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar rayon PŞnin DYPB əməkdaşları tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Qusar rayon PŞ-nin DYP bölməsinin 19 iyun 2023-cü il tarixli, TP- 5801343 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati qaydada cərimə edilmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 10 iyun 2023-cü il tarixdə saat 11-00 radələrində iddiaçı özünə məxsus “VAZ-21013” markalı ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qusar şəhəri Ə.Fərzəliyev küçəsindəki “Pioneer” marketin qabağında saxlamış, həmin vaxt Cavabdeh idarə etdiyi “QAZ- 330202” markalı ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun maşınının yanından manevr edərkən cavabdehin idarə etdiyi maşının arxa yük yerindən çölə uzanmış vəziyyətdə olan dəmir boru onun maşınının sol arxa qanadına dəyib maşınını zədələmiş, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da onun avtomaşınına maddi zərər dəymiş, baş vermiş hadisə ilə əlaqədar Qusar rayon PŞ-nin DYPB əməkdaşları tərəfindən Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Qusar rayon PŞ-nin DYP bölməsinin 19 iyun 2023-cü il tarixli, TP-5801343 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat inzibati qaydada cərimə edilmiş, Cavabdeh təqsiri üzündən iddiaçının avtomaşını zədələnmiş və ona 180 (yüz səksən) manat zərər dəymişdir. İddiaçının avtomaşınına Xırdalan şəhərində "xxxx"ASC-də avtomobillərə texniki baxış və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan avtoekspert tərəfindən baxış keçirilmiş və avtomaşının təmir edilməsi üçün 180 (yüz səksən) manat vəsaitin lazım olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh təqsiri üzündən İddiaçı avtomaşınının zədələnməsi nəticəsində dəymiş 180 (yüz səksən) manat maddi zərərin və iddia qaldırmaqla əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu pulunun, cəmi olaraq 210 (iki yüz on) manat pulun Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təqsiri üzündən İddiaçı avtomaşınının zədələnməsi nəticəsində dəymiş 180 (yüz səksən) manat maddi zərərin və iddia qaldırmaqla əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu pulunun, cəmi olaraq 210 (iki yüz on) manat pulun Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-679/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-679/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver