Məhkəmə qərarları › İş №2(029)-691/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-691/2023

31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-691/2023 31.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar Rayon Məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair, iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 cavabdeh İddiaçınə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddia ərizələri üzrə 2(029)-691/2023 və 2(029)-714/2023 saylı mülki işlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(029)-691/2023 və iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 cavabdeh İddiaçınə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddia ərizəsi üzrə 2(029)-714/2023 saylı mülki işlər vardır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 2(029)-691/2023 və 2(029)-714/2023 saylı mülki işlər eyni tərəflərin iştirak etdiyi eyni növlü işlərdir. Ona görə də, həmin mülki işlərin bir icraatda birləşdirilərək birlikdə baxılması daha məqsədəmüvafiq olar. Azərbaycan Respublikasının MPM-nin 169.3-cü maddəsinin əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iş eyni tərəflər arasında və eyni növlü olduğundan 2(029)-691/2023 və 2(029)-714/2023 saylı mülki işlər bir icraatda birləşdirilməli, 2(029)- 691/2023 saylı mülki iş üzrə icraata xitam verilməli və birləşmiş mülki işə 2(029)-714/2023 saylı nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 169.3, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair, iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 cavabdeh İddiaçınə qarşı istehlakçı hüquqlarının müdafiəsinə dair iddia ərizələri üzrə 2(029)-691/2023 və 2(029)-714/2023 saylı mülki işlər bir icraatda birləşdirilsin, 2(029)-691/2023 saylı mülki iş üzrə icraata xitam verilsin və birləşmiş mülki işə 2(029)-714/2023 saylı nömrə verilsin. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar