Məhkəmə qərarları › İş №2(029)-701/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-701/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-701/2022 28.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Tofiq qızına qarşı kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Tofiq qızına qarşı kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2295.42 manat məbləğində kredit borcu, 432.39 manat məbləğində faiz borcu və 1502.17 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4229 (dörd min iki yüz iyirmi doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62.30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri, Babək küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 4229 (dörd min iki yüz iyirmi doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borcun, dövlət rüsumu ilə bağlı ödənilmiş 62.30 manat xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulması; Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri, Babək küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 011L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 011R**********S saylı, xx.xx.2021-ci il tarixli 011R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 12704.58 manat ödəmiş, onun 2295.42 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 277 gün üçün hesablanmış faiz borcu 432.39 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 277 gün üçün hesablanmış cərimə 1502.17 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri, Babək küçəsində 04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış **********4 qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri, Babək küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi,80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, kredit müqaviləsi Cavabdeh1la bağlanmış, Cavabdeh2 isə zamin durmuşdur. Cavabdeh3 isə ipoteka predmeti olan evdə qeydiyyatdadır. İpoteka predmeti olan əmlakların bazar qiyməti tərəflərin razılaşması ilə 43200 manat müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə Cavabdeh1 15000 manat məbləğində pul verilmiş, həmin puldan ödənişlər edilmiş, cəmi 4229 manat isə qalmışdır. Faiz borcu 432 manatdır. Borcun gecikdirilmiş günlərinin sayı 277 gün təşkil edir, buna görə cərimə borcu 1502,7 manat təşkil edir. İpoteka predmeti olan ev Cavabdeh1 mülkiyyətindədir, Ulduz isə həmin şəxsin həyat yoldaşıdır. Dəfələrlə Fuad və Rafiqdən borcun ödənilməsi tələb olunmuş, lakin həmin şəxslər borcun ödənilməsini təmin etməmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazəmi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə cavbadeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 011L**********86 saylı uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 011R********** saylı kredit razılaşmasının surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 011S**********02 saylı 23 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısında olan öhdəliklərinin icrasının təminatı olaraq zamin durmuşdur. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 3M-216 reyestr nömrəsi ilə təsdiq edilmiş 21 noyabr 2018-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 011L**********86 saylı uzun müddətli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Qusar şəhəri Babək küçəsində xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli 123.6 kv.metr ümumi, 80.7 kv.metr yaşayış, 42.9 kv.metr yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 43200 (qırx üç min iki yüz) manat təşkil edir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 011R**********S saylı 29 aprel 2020-ci il tarixli və 011R**********S saylı xx.xx.2021-ci il tarixli sazişləriin surətlərindən görünür ki, tərəflər arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş və kreditin qaytarılması müddəti uzadılmışdır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6773 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 011R********** saylı xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə əsas borcunun 2295.42 manat, faiz borcunun 432.39 manat, cərimə borcunun 1502.17 manat, cəmi borcunun isə 4229.98 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 123.6 kv.metr, yaşayış sahəsi 80.7 kv.metr, yardımçı sahəsi 42.9 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 123.6 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 tərəfindən onun xx.xx.2018-ci il tarixli 011L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan AZ-İ 226523 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 22 iyul 2006-cı il tarixdə Qusar rayon İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyində 8 nömrəli akt ilə rəsmi nikah bağlamışlar. Nikah bağlanandan sonra Ulduz Əliyarova “Yüzbəyova” soyadını götürmüşdür. İşdə olan Cavabdeh3 xx.xx.2018-ci il tarixdə Qusar rayon notariat kontorunda reyestrdə 8İ-2813 nömrə ilə qeydə alınmış ərizəsindən görünür ki, o, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.04 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini, gələcəkdə bununla bağlı heç bir mübahisəsinin olmayacağını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə İddiaçı QSC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit razılaşması üzrə əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Həmin şəxslərdən həmin məbləğdə cərimənin tutulması onların üzərlərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmalarına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə kredit razılaşması üzrə həmin məbləğin azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2295.42 manat məbləğində kredit borcu, 432.39 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2827.81 (iki min səkkiz yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62.30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3, 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, məhkəmə hesab edir ki, tələb Cavabdeh1 mülkiyyətində olan, Qusar şəhəri Babək küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi hərracda satılmalı və ümumilikdə cəmi 2827.81 (iki min səkkiz yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik məbləğində borc, dövlət rüsumu kimi ödənilmiş 62.30 manat xərc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 ümumi müştərək qaydada tutulmalıdır. İpoteka predmeti olan, Cavabdeh1 mülkiyyətində olan, Qusar şəhəri Babək küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli 3M-216 reyestr nömrəli ipoteka müqaviləsinə uyğun olaraq 43200 (qırx üç min iki yüz) manat müəyyən olunmalıdır. Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri Babək küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqları itirilməli, onlar həmin evdən çıxarılmalı, əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 2295.42 manat məbləğində kredit borcu, 432.39 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2827.81 (iki min səkkiz yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62.30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı tutulsin. Tələb Cavabdeh1 mülkiyyətində olan, Qusar şəhəri Babək küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi hərracdan satılsın və ümumilikdə cəmi 2827.81 (iki min səkkiz yüz iyirmi yeddi) manat 81 (səksən bir) qəpik məbləğində borc, dövlət rüsumu kimi ödənilmiş 62.30 manat xərc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İpoteka predmeti olan, Cavabdeh1 mülkiyyətində olan, Qusar şəhəri Babək küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış 21 noyabr 2018-ci il tarixli 3M-216 reyestr nömrəli ipoteka müqaviləsinə uyğun olaraq 43200 (qırx üç min iki yüz) manat müəyyən olunsun. Cavabdeh1 mülkiyyətində olan Qusar şəhəri Babək küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 123.6 m2 ümumi, 80.7 m2 yaşayış, 42.9 m2 yardımçı sahədən ibarət 4 otaqlı 57 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqları itirilsin, onlar həmin evdən çıxarılsın, əmlak boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar