Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-705/2023 05.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində maddi ziyan və 58 (əlli səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2653 (iki min altı yüz əlli üç) manat məbləğində pul alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda ona dəyən ziyan tam olaraq ödənilmişdir. Cavabdeh qarşı şikayət və tələbi yoxdur. O, işə baxılmasını tələb etmir. İşin baxılmamış saxlanmasını xahiş etmişdir. Həçinin bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyan” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 58 (əlli səkkiz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-705/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-705/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver