Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-708/2024 05.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 10.000 (on min manat) məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023- cü il tarixdə, saat 01 radələrində idarə etdiyi “Opel ASTRA” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qusar rayonu Şirvanlı kəndində qohumu X2 və həmkəndlisi X8 ilə birlikdə rayonun Əniğaoba kəndinə getmək üçün yola düşmüş və Şirvanlı - SDK yolunun 40-cı kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsizlik şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərə vurmalı olduğu halda, qanunun bu tələbini pozaraq, diqqətini yoldan yayındıraraq idarəetməni itirmiş, daha sonra isə avtomobil hərəkət hissəsində sola çıxaraq yol ayrıcını ayırmaq üçün qoyulmuş beton maneyəyə çırpılmış, nəticədə onun bu hərəkətləri sərnişin Hacıvərdi Hacıvərdiyevin “baş-beyin qansızması, qaraciyərin cırılması, dalağın eksterpasiyasmdan sonrakı vəziyyət, sol 5-ci qabırğanın sınığı, sol qamış və incik sümüklərin aşağı 1/3-nin qapalı sınıqları, bədənin sıyrıqlan, ilə ifadə olunanan yetrilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.2023-cü il tarixdə Turab Turabovun isə “AKBT-S, uzun müddət koma, döş qəfəsin qapalı travması, sol 8-9-cu qabırğaların sınıqlarından sonrakı vəziyyətdən sonrakı baş beyinin ödemi” ilə ifadə olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlıağa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.02023-cü il tarixdə Qusar Rayon Mərkəzi xəstəxanasında ehtiyatsızlıqdan ölümlərinə səbəb olmuşdur. Hadisə törədilən avtomobil ona məxsusdur. Həm də o, zərərçəkənin qanuni nümayəndəsidir. Hadisədə avtomoobil tamamilə yarasız vəziyyətə düşmüşdür. Ona görə də o, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1(124)-695/2023 saylı xx.xx.2023-cü il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, iş üzrə maddi sübut olan Opel ASTRA” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. İşdə olan 18 yanvar 2024-cü il tarixli ********* saylı Qusar rayon polis şöbəsindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Qusar rayonu Əniğ-oba kənd sakini Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Qusar rayonu Samur qəsəbəsindən Şirvanlı kəndi istiqamətində hərəkətdə olarkən Samur-Abşeron kanalının üzərində yerləşən körpüdən keçən zaman orada olan beton ara kəsməyə dəyməsi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Əniğ-oba kənd sakinləri X4 və X1, eləcə də sürücü Cavabdeh müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına daxil olmuş, xx.xx.2023-cü il tarixdə Qusar RMX-da X1 aldığı xəsarətlərdən ölməsi faktı əsasında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanılmış və istintaqı aparılmış, xx.xx.2023-cü il tarixdə cinayət işi həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil tamamilə yararsız hala düşmüşdür. Qeyd: Arayış “Opel Astra” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobilin təmir sexlərinə təqdim edilməsi və avtomobilin daşınması üçün verilir. İşdə olan “VAZ” kooperativi tərəfindən verilmiş SMETA aktının surətindən görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı, avtomaşına dəymiş maddi ziyan 6642 (altı min altı yüz qırx iki) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində idarə etdiyi “Opel ASTRA” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qusar rayonu Şirvanlı kəndində qohumu X3 və həmkəndlisi X8 ilə birlikdə rayonun Əniğaoba kəndinə getmək üçün yola düşmüş və Şirvanlı-SDK yolunun 40-cı kilometrində diqqətini yoldan yayındıraraq idarəetməni itirmiş, daha sonra isə avtomobil hərəkət hissəsində sola çıxaraq yol ayrıcını ayırmaq üçün qoyulmuş beton maneyəyə çırpılmış, nəticədə onun bu hərəkətləri sərnişin Hacıvərdi Hacıvərdiyevin “baş-beyin qansızması, qaraciyərin cırılması, dalağın eksterpasiyasmdan sonrakı vəziyyət, sol 5-ci qabırğanın sınığı, sol qamış və incik sümüklərin aşağı 1/3-nin qapalı sınıqları, bədənin sıyrıqlan, ilə ifadə olunanan yetrilən anda insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.2023-cü il tarixdə Turab Turabovun isə “AKBT-S, uzun müddət koma, döş qəfəsin qapalı travması, sol 8-9-cu qabırğaların sınıqlarından sonrakı vəziyyətdən sonrakı baş beyinin ödemi” ilə ifadə olunan yetirilən anda həyat üçün təhlükəli olan sağlamlıağa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.02023-cü il tarixdə Qusar Rayon Mərkəzi xəstəxanasında ehtiyatsızlıqdan ölümlərinə səbəb olmuşdur. Hadisə törədilən avtomobil İddiaçı məxsus olmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobili əzilmiş və işdə olan “VAZ” kooperativi tərəfindən verilmiş SMETA aktına əsasən avtomobilə 6642 (altı min altı yüz qırx iki) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı iddia tələbində Cavabdeh maddi ziyanın əvəzi olaraq 10.000 (on min manat) məbləğində pulun ona verilməsini tələb etsə də məhkəmə hesab edir ki, iddia tələbininin həmin hissədə tam yox, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hökmün surətindən görünür ki, iddia ərizəsində qeyd edilən avtomobil iddiaçıya məxsusdur, cavabdehin hərəkətləri nəticəsində yəni, 1(124)-695/2023 saylı xx.xx.2023-cü il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündə nəzərdə tutulan cinayət əməlini törətməsi nəticəsində “Opel ASTRA” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı 10.000 manat məbləğində maddi ziyanın dəydiyini göstərsə də, həmin məbləğlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məbləğlə bağlı yeganə sübut işdə olan “VAZ” kooperativi tərəfindən verilmiş SMETA aktının surəti ilə müəyyən olunur ki, ** BF *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı, avtomaşına dəymiş maddi ziyan 6642 (altı min altı yüz qırx iki) manat təşkil edir. İddia tələbi qismən də olsa iddiaçının xeyrinə qəbul olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh maddi ziyanın əvəzi olaraq 6642 (altı min altı yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 6642 (altı min altı yüz qırx iki) məbləğində pulun və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınaraq idiaçı İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-708/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-708/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver