Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-715/2020 17.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxxxx 2005-ci il təvəllüdlü Aleta, xx xxxxxx 2009-cu il təvəllüdlü Jasmin və xx xxx 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2004-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü Aleta, xx xxxxxx 2009-cu il təvəllüdlü Jasmin və xx xxx 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxx 2005-ci il təvəllüdlü X9, xx xxxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin tutulması barədə qətnamə qəbul olunarkən o, uşaqları ilə Qusar rayonu, Bədişqala kəndində cavabdehlə bir yerdə yaşamış və həmin məbləğ uşaqların saxlanması üçün kifayət etmişdir. Lakin artıq uzun müddətdir ki, o, cavabdehdən ayrı, Qusar şəhərində yaşayır, həmin məbləğ isə uşaqların cüzi ehtiyyaclarını belə ödəmir. Bundan başqa uşaqlar getdikcə böyüyür və xərcləri artır. Ona görə də, Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə göndərmiş olduğu iddia ərizəsinə etirazdan görünür ki, o, xx xxxxxx 2004-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı ilə evlənmişdir. İddiaçı ilə birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü Aleta, xx xxxxxx 2009-cu il təvəllüdlü Jasmin və xx xxx 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə ər-arvad münasibətləri pozulduğuna görə onun tərəfindən İddiaçı qarşı nikahın pozulmasına dair iddia qaldırılmış və Qusar rayon məhkəməsinin 2(029)-103/2019 saylı qətnaməsinə əsasən onunla İddiaçı arasında Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxx 2004-cü il tarixli 40 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Nikahlarının pozulmasına səbəb İddiaçı özünə məxsus “Lenova” markalı telefonla sosial şəbəkədə tanımadığı beş nəfər şəxslə əlaqə saxlaması olmuşdur. İddiaçı ondan hər uşağa görə 200 manat olmaqla, ayda ondan 600 (altı yüz) manat məbləğində aliment tələb edir. O, uşaqlarının maddi cəhətdən təmin edilməsinə heç vaxt etiraz etməmiş, halhazırda da uşaqların maddi cəhətdən təmin edilməsində iştirak edir. Lakin iddiaçının ondan tələb etdiyi hər ay hər bir uşağa görə 200 (iki yüz) manat, cəmi 600 (altı yüz) manat alimenti ödəmək iqtidarında deyildir. İddiaçı onun əmək haqqından əlavə mağazadan gəlirinin və məntəqə seçki komissiyasının üzvü kimi əlavə gəlirinin olduğunu qeyd etmişdir ki, o, ayda 293.84 manat əmək haqqı alır və əmək haqqının 92 faizini, yəni 270 manatı aliment kimi ödəyir. Onun mağazası və ya hər hansı gəlir gətirən başqa fəaliyyət sahəsi mövcud deyildir. Məntəqə seçki komissiyasının üzvü kimi, seçkilər vaxtı ona edilən ödəniş təsadüfi xarakter daşıyır, müvəqqətidir və mütəmadi gəlir deyildir. Göstərilənləri əsas tutaraq İddiaçı xeyrinə üç uşağa görə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə uyğun olaraq, əmək haqqının yarısı, yəni 50 faizi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 685037 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx xxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İİ № 910786 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2009-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan AZ-İİ № 910787 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxx 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı X8 Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 104 nömrəli Arayışdan görünür ki, Cavabdeh 2010-cu ildən Qusar rayonu Bədişqala kənd tam orta məktəbində müəllim işləyir. Hal-hazırda onun orta aylıq əmək haqqı 330.00 (üç yüz otuz) manat və bütün tutulmalardan sonra onun əmək haqqı haqqı 293.65 (iki yüz doxsan üç manat altmış beş qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx xxxxxx 2004-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü Aleta, xx xxxxxx 2009-cu il təvəllüdlü Jasmin və xx xxx 2012-ci il təvəllüdlü İskəndər adlı uşaqları anadan olmuşlar. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah pozulmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-382/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşağa görə 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişikliyin olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə, müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-715/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-715/2020
17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver