Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-72/2025 28.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh ona vurulmuş maddi ziyan əvəzi olaraq 5705 manat məbləğində pulun və 78 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 19 iyul 2024-cü il tarixdə axşamçağı idarə etdiyi Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan yolunun 191-ci kilometrliyində hərəkət etdiyi zaman gözlənilmədən nəzarətsiz inəklər sahədən yolun asfalt hissəsinə çıxmışdır. İnəklər yolun digər tərəfindən birbaşa onun idarə etdiyi Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üstünə qaçmışlar və o, avtomobilin əyləcini bassa da, inəklərdən biri avtomobilin üstünə tərəf gəlmiş və avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəymiş və idarə etdiyi avtomobil əzilmişdir. Hadisə nəticəsində ona məxsus avtomaşın əzilmiş və ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar Rayon PŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* saylı 19 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar Rayon Məhkəməsinin 3(029)-163 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan hadisə nəticəsində Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün Bakı şəhərində yerləşən QRAND AVTO SERVÜZ-zə müraciət etmiş və avtomaşının təmirinə (bərpa edilməsinə) dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş qüsur aktla avtomaşına dəymiş maddi ziyanın məbləğinin 5705 manat təşkil etməsi müəyyən edilmişdir. Ona görə də avtomaşınıma dəymiş 5705 manat məbləğində maddi zərər Cavabdehİlifxanovnadan alınaraq onaverilməlidir. xx.xx.2024 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırki iş üzrə ekspertiza təyin edilmişdir, o ekspertiza rəyi ilə razıdır.Həmin rəyə uyğun cavabdehdən ona dəymiş ziyanın tutulması barədə qətnamə çıxarılmasınını məhkəmədən xahiş etmişdir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 28 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024 və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında cavabdeh iddia ərizəsində göstərilənlərlə razı olmayaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb,iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “GRAND avto servis” tərəfindən verilmiş Qüsur aktının surətindən görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı, avtomaşına dəymiş maddi ziyan 5705 (beş min yeddi yüz beş) manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3(029)-163/2024 saylı Qusarrayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli 9/9259 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında GRAND Avto Servis müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Toyota ehtiyat hissələri mağazalar şəbəkəsində (sıra 7) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Toyota Corolla” markalı 38- BG-996 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5000,0 manat müəyyən edilir. O cümlədən:Dəyişilməli hissələrin qiyməti - 3670,0 manat;Təmir-bərpa işlərinin qiyməti - 1330,0 manat.Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir.Qeyd: 2005-ci il buraxılışlı, “Toyota Corolla” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli 9/9259 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli 9/9259saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 19 iyul 2024-cü il tarixdə İddiaçı idarə etdiyi Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan yolunun 191-ci kilometrliyində hərəkət etdiyi zaman gözlənilmədən nəzarətsiz inəklər sahədən yolun asfalt hissəsinə çıxmış,inəklər yolun digər tərəfindən birbaşa onun idarə etdiyi Toyota Corolla markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yürümüş və İddiaçı idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində ona məxsus avtomaşın əzilmiş və ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar Qusar Rayon PŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* saylı 19 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Qusar Rayon Məhkəməsinin 3(029)-163 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. 1110.Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Məhkəmə, İddiaçı məhkəməyə müraciət etmiş olduğu ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılması ərizəsinə belə qiymət verir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin (iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın) tələblərinə uyğun olaraq məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etmədiyindən iddiaçının iddia tələbi 5705 manat məbləğində pulun və 78 manat dövlət rüsumunun alınıb ona qaytarılması kimi nəzərə alınmalıdır. İddiaçı, iddia tələbində cavabdehdən 5705 manat məbləğində pulun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli 9/9259 saylı rəyi ilə müəyyən olunur ki, baş vermiş hadisə nəticəsində iddiaçıya 5.000 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli 9/9259 saylı rəyinə əsasən Cavabdeh, İddiaçı vurulmuş maddi ziyan əvəzi 5000 (beş min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən də olsa, iddiaçının xeyrinə təmin olunduğundan, 78 (yetmiş səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən də olsa iddiaçının xeyrinə təmin olunduğundan, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri,Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, İddiaçı vurulmuş maddi ziyan əvəzi 5000 (beş min) manat məbləğində pul və 78 (yetmiş səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdehİlifxanovnadantutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-72/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-72/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver