Məhkəmə qərarları › İş №2(029)-722/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-722/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-722/2020 19.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin 2(029)-838/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxx 2006-cı il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulmuş 50 manat sabit pul məbləğində almentin miqdarı dəyişdirilərək 170 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2000-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 2001-ci il təvəllüdlü Namik və xx xxxxxx 2006-cı il təvəllüdlü Natiq adlı iki uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan cavabdehin ona qarşı münasibəti tamamilə dəyişmişdir. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehin ona bir ailə başçısı kimi hörmət etməməsi, ailənin qayğısına qalmaması, evdə onunla yola getməməsi olmuşdur. O, cavabdehlə bir yerdə yaşamağın mümkün olmadığını görüb ondan ayrılaraq uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdehdən ayrıldığı vaxtdan uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, o, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin 2(029)-838/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən xx xxxxxx 2001-ci il təvəllüdlü Namik və xx xxxxxx 2006-cı il təvəllüdlü Natiq adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Namik adlı uşaq yetkinlik yaşına çatmışdır. Cavabdehin ödədiyi aliment hazırda uşaqların cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Ona görə də, Natiq adlı uşaqın saxlanması üçün cavabdeh daha artıq miqdarda aliment ödəməlidir. Cavabdehin maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona 170 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-anası Nümayəndə iddianı qismən müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən iddiaçının xeyrinə Natiq adlı uşağın saxlanması üçün hər ay 170 manat aliment tutulmasını xahiş edilmişdir. Hazırda isə cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulmasını xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsini və alimentin miqdarı müəyyən olunarkən həmin halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddiaçı ilə birgə nikahlarından anadan olmuş Natiq adlı uşağın saxlanması üçün aliment ödəməkdən imtina etmir, buna razıdır. O, işləmir və aylıq sabit gəliri yoxdur. Odur ki, onun hər ay 170 manat məbləğində aliment ödəməyə imkanı yoxdur və həmin uşağın saxlanması üçün 100 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi, ondan Natiq adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında arayışdan və İ-KB 867915 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2001-ci il təvəllüdlü X5 və xx xxxxxx 2006-cı il təvəllüdlü X7 anadan olmuşlar. Namik adlı uşağın 18 yaşı tamam olmaqla yetkinlik yaşına çatmışdır. İşdə olan AZ-İ 108172 saylı xx.xx.2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010cu il tarixli 64 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-838/2014 saylı xx xxxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxxx 2001-ci il təvəllüdlü X2 və xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cul il tarixli Vİİİ-JQ 332555 saylı doğum haqqında arayışdan görünür ki, X4 xx.xx.1981-ci ildə anadan olmuş və anası Nümayəndədır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü Natiq adlı uşağın təkbaşına saxlanmasının iddiaçı üçün çətin olmasını, Qusar rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(029)-838/2014 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 6 ilə yaxın müddət keçməsini, həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, tərəflərin razılıqlarını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən Natiq adlı uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay sabit pul məbləğində 100 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(029)-838/2014 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1979-cu ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar