Məhkəmə qərarları › İş №2(029)-724/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-724/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-724/2020 20.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Tərcüməçi X2 iştirakları, İddiaçı Cavabdeh qarşı Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)-1546/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-1546/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh birgə nikahlarından anadan olmuş xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxx 1997-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarını isə xx xxxxxx 1998-ci il tarixdə rəsmiləşdirimişlər. Cavabdehlə qeyr- rəsmi nigahlarından xx xxxx 1998-ci il tarixdə X11, birgə nikahlarından isə xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(029)-953/2013 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər bir uşağa 50 manat olmaqla, cəmi 150 manat məbləğində aliment tutulması qət edilmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(029)- 1131/2016 saylı qətnaməsinə əsasən xx xxxxxx 1998-ci il təvəllüdlü X7, xx xxxxxxxx 2002ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Qusar rayon məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(029)- 953/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 2016-cı il tarixdən hesablanmaqla hər ay hər bir uşağa 75 (yetmiş beş) manat olmaqla, cəmi 225 (iki yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)- 1546/2017 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana saxlanılmaları üçün Qusar rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(029)-1131/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşağa 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Özü hazırda heç bir yerdə işləmədiyinə, Bakı şəhərində kirayələrdə yaşadığına görə maddi cəhətdən çətinlik çəkir və uşaqların saxlanması üçün aldığı aliment kifayət etmir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxx 1997-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən İddiaçı ilə evlənmiş, aralarındakı nikahı isə xx xxxxxx 1998-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə qeyr- rəsmi nigahlarından xx xxxx 1998-ci il tarixdə X11 , birgə nikahlarından xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. İddiaçı özü uşaqları da götürüb getmişdir. İddiaçı aralarındakı nikah məhkəmə qaydasinda pozulmuşdur. Aralarındakı nikah pozulduqdan sonra uşaqların saxlanılması üçün alimentin miqdarı bir neçə dəfə artırılmışdır. Sonuncu dəfə Qusar rayon məhkəməsinin 2(029)-1546/2017 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X1 üçün ondan tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat müəyyən edilmişdir. Hazırda iddiaçının ondan tələb etdiyi alimentin miqdarı yüksəkdir. Özü xəstədir, heç bir yerdə işləmir. Bağbostan təsərrüfatı ilə məşğuldur. xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 100 (bir yüz səksən) manat, cəmi 200 (iki yüz) manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)- 1546/2017 saylı qətnaməsininin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(029)-1131/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh iddiaçı X4 xeyrinə hər ay hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan AZ-İ № 232627 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx xxxxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. İşdə olan AZ-İ № 685189 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X6r. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, tərəflər xx xxxx 1997ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən evlənmiş, aralarındakı nikahı isə xx xxxxxx 1998-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin qeyr- rəsmi nigahlarından xx xxxx 1998-ci il tarixdə X11, birgə nigahlarından isə xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və aralarındakı nikah pozulmuş və uşaqlar iddiaçının himayəsində qalmışlar. Tərəflərin aralarındakı nikah pozulduqdan sonra uşaqların saxlanılması üçün alimentin miqdarı bir neçə dəfə artırılmışdır. Sonuncu dəfə Qusar rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(029)-1546/2017 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2002-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X1 üçün ondan tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-1546/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(029)-1546/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxxx 2005-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar