Məhkəmə qərarları › İş №2(029)-740/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-740/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-740/2020 20.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə Xəlilova İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəlilova İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tutulan hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün hər ay 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xəlilova İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx xxxxxxx 2006-cı il tarixli 123 nömrəli nikah Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(029)-503/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Onunla cavabdehin birgə nikahından xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X4 və xx xxxx 2010-cu il tarixdə anadan olmuş X1 onunla yaşamaları qət edilmişdir. Həmin qətnamədə xx xxx 2018-ci il tarixdən başlayaraq X4 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. Hazırda Elnur adlı uşağın 12, Mansur adlı uşağın isə 9 yaşı var. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(029)- 503/2018 nömrəli qətnaməsində qeyd olunmuş alimentin məbləği uşaqların heç birinin maddi məişət tələbatının ödənilməsinə kifayət etmir. X4 və X1 orta məktəbdə təhsil almaları səbəbindən onun tərəfindən həmin uşaqların saxlanılma xərcləri artmışdır. Bundan başqa, X8 dəfələrlə Qusar rayon Mərkəzi Xəstəxanasının oftolmoloji kabinetində ambulator müayinə və müalicə olunmuş, hər iki gözündə qarışıq astiqmatizm, zəif dərəcə ambliopiya diaqnozu ilə müalicəsi davam etdirilir. Bundan başqa, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X2 Stansiyasının xx xxxxxx 2018-ci il tarixli 2222 nömrəli arayışına əsasən X6 hipertoniya xəstəliyi 2-ci mərhələ (A/t-180/100), hipertonik kriz 1-ci tip diaqnozu qoyulmuş, hazırda müalicəsi davam edir. Göründüyü kimi, cavabdeh tərəfindən ona verilən aylıq aliment məbləği uşaqların layiqli həyat səviyyəsinin, eyni zamanda X4 müalicəsinin təmin edilməsi üçün kifayət etmir. Xüsusilə, cavabdeh nikah münasibətləri pozulduqdan sonra valideynlik borcunu yerinə yetirməmiş, uşaqların qayğısına qalmamış və onların həyat şəraitləri, o cümlədən X4 müalicəsinin gedişatı ilə maraqlanmamış, X5 isə ümumiyyətlə qəbul etməyəcəyini dəfələrlə bildirmişdir. Hazırkı vəziyyətdə X4 və X1 cavabdehə qarşı valideyn olaraq ehtiyaclarının olduğu nəzərə alınsa, cavabdehin hərəkətləri və hərəkətsizliyi uşaqların psixologiyasında müəyyən pozuntuların yaranması üçün əsas hesab olunur. Uşaqların təlim-tərbiyəsi və müalicəsi ilə məşğul olmaqla yanaşı, maddi tələbatlarının da tam şəkildə təmin edilməsi onun üçün çox çətindir. Cavabdeh tərəfindən valideynlik borcunun yerinə yetirilmədiyini, X4 gözünün və ürəyinin müalicəsinin davam etdirildiyini və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər uşaq üçün hər ay 160 (bir yüz altmış) manat olmaqla iki uşaq üçün hər ay 320 (üç yüz iyirmi) manata çatdırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-qardaşı X9 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, iddiaçı ilə birgə nikahlarından anadan olmuş Elnur və Mansur adlı uşaqların saxlanması üçün aliment ödəməkdən imtina etmir, buna razıdır. Elnur adlı uşağın müalicəsini qarşılamağa da hazırdır, iddiaçı uşağı ona versin və həmin uşağın müalicəsini həyata keçirsin. O, Qusar rayon İcra Hakimiyyətində sektor müdiri vəzifəsində işləyir, aylıq əmək haqqı 780 (yeddi yüz səksən) manat təşkil edir. Vergi və s. tutulmalardan sonra 446,80 (dörd yüz qırx altı manat səksən qəpik) manat pul alır. Bundan başqa, ildə dörd dəfə 530-540 manat məbləğində mükafat alır. Hazırda onun hər ay hər uşağa görə 160 manat məbləğində aliment ödəməyə imkanı yoxdur, həmin məbləğdə alimenti ödəyə bilməyəcəkdir. Onun iddiaçıdan əvvəlki qadınla olan nikahından Səridə adlı bir qız övladı da var və həmin uşağa görə də, ondan hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulur. Onun Elnur və Mansur adlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 110-120 manat aliment ödəməyə imkanı vardır. Odur ki, iddianın qismən təmin edilməsi ondan Elnur və Mansur adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Xəlilova İddiaçı xeyrinə hər ay hər uşağa görə 110 və ya 120 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 828342 və AZ-İİ 450515 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Xəlilova İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2006-cı il təvəllüdlü X8 və xx xxxx 2010-cu il təvəllüdlü X7 anadan olmuşlar. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-503/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Xəlilova İddiaçı ilə aralarında Qusar rayon Qeydiyyat şöbəsində xx xxxxxxx 2006-cı il tarixdə 123 nömrə ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra uşaqları- xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X1 anaları Xəlilova İddiaçı yanında qalmaları, xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat alimentin tutulub Xəlilova İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Qusar rayon İcra Hakimiyyəti Aparatının xx xxx 2018-ci il tarixli arayışına əsasən Cavabdeh əmək haqqı 503.00 manat təşkil etmişdir. İşdə olan Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və X2 Stansiyasının xx xxxxxx 2018-ci il tarixli 2222 nömrəli arayışından görünür ki, X6 “hipertoniya xəstəliyi 2-ci mərhələ (A/t-180/100), hipertonik kriz 1-ci tip” diaqnozu qoyularaq lazımi tibbi yardım göstərilmiş və uşaq xəstəxanasına hospitalizasiya edilmişdir. İşdə olan Qusar MRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 420 saylı arayışdan görünür ki, X8 həmin tarixdə həmin xəstəxananın oftolmoloji kabinetində ambulator müayinə və müalicədə olmuşdur. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Aparatı tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli 5-604 saylı arayışdan görünür ki, Cavabdeh həmin aparatın İnformasiya Təminaı və Təhlili sektorunun müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 780 (yeddi yüz səksən) manatdır, tutulmalar çıxıldıqdan sonra 446,80 (dörd yüz qırx altı manat səksən qəpik) manat təşkil edir. İşdə olan İX-JQ 470767 və X-JQ 379832 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 ilə Quliyeva İddiaçı bacı-qardaşdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı ilə cavabdehin ümumi birgə nikahlarından anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü Elnur və xx xxxx 2010-cu il təvəllüdlü Mansur adlı uşaqların təkbaşına saxlanmalarının iddiaçı üçün çətin olmasını, Elnur adlı uşağın xəstə olmasını, Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(029)-503/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin hazırda həmin uşaqların saxlanmaları üçün kifayət etməməsini, bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmin qətnamə qəbul edilərkən cavabdehin 503,00 manat təşkil edən aylıq əmək haqqı dəyişərək hazırda 780.00 manat olmaqla, o cümlədən ildə dörd dəfə 530-540 manat məbləğində mükafatlar almaqla cavabdehin gəlirləri əhəmiyyətli dərəcədə artdığından, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat, cəmi isə 260 manat müəyyən olunmalıdır. Məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə iddiaçının istədiyi kimi 160 (yüz altmış) manat müəyyən olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin cavabdehin ödəmək iqtidarında olması tam olaraq öz təsdiqini tapmamış, onun yuxarıda göstərilən gəlirlərindən başqa hər hansı digər gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda alimentin miqdarının cavabdehin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(029)-503/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxx 1978-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh Xəlilova İddiaçı xeyrinə xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar