Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-753/2020 30.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əlavə tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə hesablanmış 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, cəmi 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları məbləğində pulun və dövlət rüsumunu kimi ödənilmiş 30 (otuz) manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 42 faiz olmaqla 12 ay müddətinə 1230 (bir min iki yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa Cavabdeh1 Bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı ASC-nin Qusar filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə 2010-cu ildə Qusar rayon məhkəməsinə müraciət olunmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(029)-422/2010 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə məzənnə üzrə manatla 1230 (bir min iki yüz notuz) ABŞ dolları məbləğində əsas borc, 519.84 (beş yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 476.42 )dörd yüz yetmiş altı dollar qırx iki sent) ABŞ dolları məbləğində vaxtı keçmiş kreditə hesablanmış faiz borcu, cəmi 2226.26 (iki min iki yüz iyirmi altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumu olaraq 20 (iyirmi) manatın tutulması qət edilmişdir. Lakin cavabdehlər qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişlər. Qətnamə xx xxxxxxx 2010-cu il tarixdə çıxdığından qətnamədə yalnız həmin tarixə qədər hesablanmış əsas və faiz borcları göstərilmişdir. Lakin cavabdehlər qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək xx xxx 2020-ci il tarixdə tam ödəmişlər. Qətnamə çıxan tarixdən (xx xxxxxxx 2010-cu il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (xx xxx 2020-ci il) əsas məbləğə faiz xx xxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən borclu Cavabdeh1 xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları faiz borcu, cəmi 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları borcu vardır. Bundan əlavə bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi banka birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 əsasən illik faiz dərəcəsi 42 faiz olmaqla 12 ay müddətinə 1230 (bir min iki yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2008-ci il tarixli Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, RB-02/PK-2892 saylçı Arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsi üzrə xx xxx 2020-ci il tarixinə olan borcu faiz borcuna görə 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları, cəmi 1696.76 (bir min altı yüz doxsan altı dollar yetmiş altı sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli, 2(029)-422/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə məzənnə üzrə manatla 1230 (bir min iki yüz notuz) ABŞ dolları məbləğində əsas borc, 519.84 (beş yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 476.42 )dörd yüz yetmiş altı dollar qırx iki sent) ABŞ dolları məbləğində vaxtı keçmiş kreditə hesablanmış faiz borcu, cəmi 2226.26 (iki min iki yüz iyirmi altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğöində borc və iş üzrə ödənilmiş dövlət rüsumu olaraq 20 (iyirmi) manatın tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 42 faiz olmaqla 12 ay müddətinə 1230 (bir min iki yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq isə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca və vaxtı icra etməmişlər. Qusar rayon məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(029)-422/2010 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə məzənnə üzrə manatla 1230 (bir min iki yüz notuz) ABŞ dolları məbləğində əsas borc, 519.84 (beş yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları məbləğində faiz borcu, 476.42 )dörd yüz yetmiş altı dollar qırx iki sent) ABŞ dolları məbləğində vaxtı keçmiş kreditə hesablanmış faiz borcu, cəmi 2226.26 (iki min iki yüz iyirmi altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğöində borc və iş üzrə ödənilmiş dövlət rüsumu olaraq 20 (iyirmi) manatın tutulması qət edilmişdir və həmin qətnamə üzrə tələb olunan məbləğ tam şəkildə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Göründüyü kimi, iddiaçı özünün kreditor hüquqlarından istifadə etməklə müqavilə üzrə cavabdehin ödəməli olduğu pul vəsaitinin tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2010-cu il tarixli 2(029)-422/2010 saylı qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik qoyulmuşdur. Qusar rayon məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(029)-422/2010 saylı qətnaməsi müvafiq qaydada xx xxx 2020-ci il tarixdə icra olunmuşdur. Ona görə də məhkəmə həmin xx xxxxxx 2008-ci il tarixli, QFS-1513 saylı kredit müqaviləsi üzrə cavabdehin üzərinə əlavə öhdəlik qoyulmasını qanunsuz və əsassız hesab edir. Belə olan halda cavabdehin üzərinə əlavə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər Odur ki, məhkəmə hazırki iddianı iddiaçının kreditor hüquqlarından sui-istifadə kimi qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əlavə tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əlavə tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-753/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-753/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver