Məhkəmə qərarları › İş №2(029)-762/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-762/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-762/2020 27.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşıkredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 301804- 696026/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1950 (bir min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh Banka olan borcunu ödəməmişdir. xx xxxx 2020-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, istehlak krediti müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1950 (bir min doqquz yüz əlli) manat kredit verilmişdir. Maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar banka olan kredit borcunu ödəyə bilməmişdir. İmkanı olan kimi İddiaçı ASC-yə olan kredit borcunu ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə 29 faiz dərəcəsi ilə 1950 (bir min doqquz yüz əlli) manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsi üzrə 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 210 gün təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 29 faiz dərəcəsi 1950 (bir min doqquz yüz əlli) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımınca və vaxtında icra etməmiş və nəticədə xx xxxx 2020-ci il tarixə İddiaçı ASC-yə 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019cu il tarixli, 301804-696026/1 nömrəli kredit müqaviləsinə əsasənCavabdeh İddiaçı ASCnin xeyrinə 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1768.46 (bir min yeddi yüz altmış səkkiz manat qırx altı qəpik) manat əsas borc və 474.92 (dörd yüz yetmiş dörd manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2243.38 (iki min iki yüz qırx üç manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar