Məhkəmə qərarları › İş №2(029)-765/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-765/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-765/2020 27.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşıkredit borcunun qaytarılması barədə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN məbləğində vəsaitin və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb İddiaçı ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, RGTK0206528A104 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5821.30 (beş min səkkiz yüz iyirmi bir manat otuz qəpik) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh xx xxxx 2020-ci il tarixə İddiaçı ASC-yə 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan xx xxxx 2019-cu il tarixli, RGTK0206528A104 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5821.30 (beş min səkkiz yüz iyirmi bir manat otuz qəpik) AZN kredit verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 135000/559 nömrəli Maliyyə Arayışının surətindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli, RGTK0206528A104 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN təşkil edir. İşdə olan xx xxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC Qusar rayon məhkəməsində iddia qaldırması ilə əlaqədar 30 (otuz) AZN dövlət rüsumu ödəmişdir. Beləliklə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, RGTK0206528A104 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5821.30 (beş min səkkiz yüz iyirmi bir manat otuz qəpik) AZN kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərimə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş və nəticədə xx xxxx 2020-ci il tarixə İddiaçı ASC-yə 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki,İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış xx xxxx 2019-cu il tarixli, RGTK0206528A104 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardn istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5731.77 (beş min yeddi yüz otuz bir manat yetmiş yeddi qəpik) AZN əsas, 839.81 (səkkiz yüz otuz doqquz manat səksən bir qəpik) AZN faiz, cəmi 6571.58 (altı min beş yüz yetmiş bir manat əlli səkkiz qəpik) AZN məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumu tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar