Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-776/2023 20.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan uşaqları 09 iyul 2020ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 21 may 2020-ci il tarixdə rəsmi nikah bağlamaqla Cavabdeh ilə evlənmiş, birgə nikahdan onların 09 iyul 2020-ci il təvəllüdlü X6 adlı bir uşaqları vardır. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış, Qusar Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(029)-599/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə olan nikahı pozulmuş, cavabdehdən azyaşlı uşağı 09 iyul 2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin, habelə həmin uşaq 3 yaşına çatana kimi hər ay 80 (səksən) manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda uşağının 3 yaşı tamam olmuşdur və həmin qətnaməyə əsasən uşağına 3 yaşınadək ödənilən 80 (səksən) manat aliment dayandırılmışdır. Bildirmək istəyir ki, Cavabdeh ona ödədiyi aylıq 130 manat sabit pul məbləğində aliment bu günkü gündə uşağının cüzi ehtiyaclarını ödəməyə, ona yemək və paltar almağa kifayət etmir. Cavabdehin maddi vəziyyəti və hal-hazırda uşağın saxlanması üçün zəruri xərclər nəzərə alınaraq Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı artırılmalı və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, cavabdeh Rusiya Federasiyasında yaşayır, orda işləyir, maddi vəziyyəti yaxşıdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV 737021 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Qusar rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(029)-599/2021 saylı qətnaməsinə əsasən, xx xxxx 1997-ci il ildə Qusar rayonu Minaxur kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh X2 xeyrinə 09 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 130 (yüz otuz) manat və həmin uşaq 3 (üç) yaşa çatana kimi hər ay 80 (səksən) manat məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Qusar rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 2(029)-599/2021 saylı saylı qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən hər ay sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat və əlavə olaraq 80 manat tutulmasını müəyyənləşdirmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda (130+80) manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının 180 manat müəyyən edilməsi uşağın maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, bir il ərzində ödəniləcək əlavə alimentin miqdarı, yəni iddianın qiyməti 600 manat təşkil etdiyindən Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-599/2021 sayli, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx xxxx 1997-ci il ildə Qusar rayonu Minaxur kəndində anadan olmuş həmin kənddə yaşayan Cavabdeh X2 xeyrinə 09 iyul 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində hər ay 180 (yüz səksən) manat miqdarda ailment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-776/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-776/2023
20.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver