Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-78/2020 30.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz, 12044.86 (on iki min qırx dörd dollar səksən altı sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, ümumilikdə 29876.37 (iyirmi doqquz min səkkiz yüz yetmiş altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirib müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxxxxx” ASC-dən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə xx.xx.2017-ci il tarixdə bitsə də, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2019-cu il tarixinədək cavabdehlərin ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz, 12044.86 (on iki min qırx dörd dollar səksən altı sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, ümumilikdə 29876.37 (iyirmi doqquz min səkkiz yüz yetmiş altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcu vardır. Qeyd edilənləri nəzərə alıb iddianın təin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən “xxxxxxxxx” ASC-dən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxxxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC hazırda ondan və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz, 12044.86 (on iki min qırx dörd dollar səksən altı sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, ümumilikdə 29876.37 (iyirmi doqquz min səkkiz yüz yetmiş altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcun tutulmasını tələb edir. O, bankdan götürdüyü 12740 ABŞ dolları kredit borcunun əvəzi olaraq 18 (on səkkiz) ay hər ay 407 (dörd yüz yeddi) manat, cəmi 10700 (on min yeddi yüz) manat banka qaytarmışdır. Daha sonra isə devalvasiya olduqdan sonra banka olan borcunu qaytara bilməmişdir. İddia tələbi tamamilə əsassızdır və ona görə də rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxxxx 2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxxxxx” ASC-dən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxxxx 2014-cü il tarixli 240005913/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraqm Cavabdeh2 və Cavabdeh3 «xxxxxxxxx» ASC qarşısında zamin durmuşlar. İşdə olan ləğv prosesində olan «xxxxxxxxx» ASC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli **********009 nömrəli arayışdan görünür ki, ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsi üzrə xx xxx 2019-cu il tarixə yaranmış tələb 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz, 12044.86 (on iki min qırx dörd dollar səksən altı sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, ümumilikdə 29876.37 (iyirmi doqquz min səkkiz yüz yetmiş altı dollar otuz yeddi sent) ABŞ dolları təşkil edir. İşdə olan xx xxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan «xxxxxxxxx» ASC Qusar rayon məhkəməsində iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/2594 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixə olan ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə olan borcu əsas kredit borcu olaraq 11.406,02 (on bir min dörd yüz altı dollar iki sent) ABŞ dolları, faiz borcu olaraq 7.442,46 (yeddi min dörd yüz qırx iki dollar qırx altı sent) ABŞ dolları və xx xxxx 2019-cu il tarixlərə ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə olan borcu əsas kredit borcu olaraq 11.406,02 (on bir min dörd yüz altı dollar iki sent) ABŞ dolları, faiz borcu olaraq isə 7.545,44 (yeddi min beş yüz qırx beş dollar qırx dörd sent) ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 “xxxxxxxxx” ASC-dən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri lazımınca və vaxtında icra etməmişlər və nəticədə iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-yə 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz, 12044.86 (on iki min qırx dörd dollar səksən altı sent) ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, ümumilikdə 29876.37 (iyirmi doqquz min səkkiz yüz yetmiş altı dollar otuz yeddi sent) ABŞ dolları məbləğində borcları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən «Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.» «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi plenumunun xx xxxx 2009-cu il tarixli qərarına əsasən «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödlənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borcu, 18831.51 (on səkkiz min səkkiz yüz otuz bir dollar əlli bir sent) ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə 150 (bir yüz əlli) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınakeçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir trərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10792.14 (on min yeddi yüz doxsan iki dollar on dörd sent) ABŞ dolları məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 6146.87 (altı min yüz qırx altı dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu, 1000 (bir min) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 892.5 (səkkiz yüz doxsan iki dollar əlli sent) ABŞ dolları borc, 18831.51 (on səkkiz min səkkiz yüz otuz bir dollar əlli bir sent) ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xeyrinə ödənilsin. İş üzrə 150 (bir yüz əlli) manat təşkil edən ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınakeçirilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-78/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-78/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver