Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-790/2021 29.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 onun xeyrinə 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1821.18 manat, faiz borcu üzrə 26.61 manat, cəmi 1847.79 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28.08.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsi üzrə 1847.79 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15000 (on beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddianı onunla əsaslandırmışdır ki, onunla borclu Cavabdeh1 arasında 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 25.09.2021-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 5499 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.09.2019-cu il tarixli 30KDSİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 10.09.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (qeydiyyat № **********). X2 01.07.2021-ci il tarixə 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1821.18 manat, faiz borcu üzrə 26.61 manat, cəmi 1847.79 manat təşkil edir. 04.09.2019-cu il tarixli 30KDSİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədilə Banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 15000 (on beş min) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin ASC tərəfindən məhkəməyə ərizə göndərilərək məhkəmə baxış iclasında üzrlü səbəbdən iştiraklarının qeyri-mümkün olmasını nəzərə olaraq iddia tələbinə bankın nümayəndəsinin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılamsını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.08.2019cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsindən görünür ki, Borc verən Borc alana ******* (bir milyon) manat məbləğində, illik maksimum 28 (iyirmi səkkiz) faiz, minimum 1 (bir) ay, maksimum 60 (altmış) ay müddətinə, 28.08.2024-cü il tarixədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. İşdə olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 25.09.2021-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 5499 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 3M-347 reyestr nömrəsi ilə təsdiq edilmiş 04.09.2019-cu il tarixli 30KDSİ/19 saylı ipoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh1 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərələrin qarşılıqlı razılığı ilə 15000 (on beşmin) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 30.05.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 10.09.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən onun 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 04.09.2019-cu il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi "xxxx" KB ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan AZ-İ № 048770 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 30 noyabr 2002-ci il tarixdə Qusar rayon İHB-nın Urva kənd inzibati ərazi nümayəndəliyində 15 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra Ülkər Heybətova “Əlirzayeva” soyadını götürmüşdür. İşdə olan Cavabdeh2 Qusar rayon Notariat Ofisində 8İ-5760 reyestr nömrəsi ilə təsdiq edilmiş **********760 saylı ərizəsindən görünür ki, o, əri Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin "xxxx" KB ASC-yə ipoteka qoyulmasına razıdır. Bu ərizə yuxarıda göstərilən torpaq sahəsinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin "xxxx" Kommersiya Bankı qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin torpaq sahəsinin ipotekasına dair razılığını ifadə edir. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli UB- BANK/PİKMD/967643 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 1821.18 (min səkkiz yüz iyirmi bir manat on səkkiz qəpik) manat, faiz üzrə borcu 26.61 (iyirmi altı manat altmış bir qəpik) manat, cərimə faizləri 0 (sıfır) manat olmaqla, cəmi borcu 1847.79 (min səkkiz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat təşkil edir. İşdə olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 12.07.2021-ci il tarixli PKKİED/3747 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə Bildirişin surətindən görünür ki, bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı Cavabdeh1 bildirilmişdir. İşdə olan "xxxx" KB ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 22.07.2021-ci il tarixli PKKİED/3936 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən görünür ki, Cavabdeh1 (İpoteka qoyan) tərəfindən 04.09.2019-cu il tarixli 30KDSİ/19 saylı ipoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş daşınmaz əmlaka (Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,12 ha torpaq sahəsi) "xxxx" KB ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 04.09.2019-cu il tarixli 30KDSİ/19 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 12.07.2021-ci il tarixli PKKİED/3747 saylı Bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarılmış qəbzlərin surətindən görünür ki, "xxxx" KB ASC ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 40 (qırx) manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1821.18 (min səkkiz yüz iyirmi bir manat on səkkiz qəpik) manat, faiz borcu üzrə 26.61 (iyirmi altı manat altmış bir qəpik) manat, cəmi 1847.79 (min səkkiz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməli, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsi üzrə 1847.79 (min səkkiz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. İpoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilməli, həmin torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan həmin torpaq sahəsinə tutma yönəldilməli və o, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin torpaq sahəsi boşaldılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 28.08.2019-cu il tarixli 30KD/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 1821.18 (min səkkiz yüz iyirmi bir manat on səkkiz qəpik) manat, faiz borcu üzrə 26.61 (iyirmi altı manat altmış bir qəpik) manat, cəmi 1847.79 (min səkkiz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 25.09.2019-cu il tarixli 30KD/19-1 saylı əlavə kredit müqaviləsi üzrə 1847.79 (min səkkiz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə tutma yönəldikdə və o, satıldıqda ən geci bir ay ərzində həmin torpaq sahəsi boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-790/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-790/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver