Məhkəmə qərarları › İş №2(029)-792/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-792/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-792/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Aağliyev Hümmət Rahib oğlunun katibliyi ilə Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8382.83 (səkkiz min üç yüz səksən iki manat səksən üç qəpik) manat məbləğində əsas məbləğ üzrə borcun, 3001.05 (üç min bir manat beş qəpik) manat faiz borcunun, 17.49 (on yeddi manat qırx doqquz qəpik) manat cərimə borcunun və 632.21 (altı yüz otuz iki manat iyirmi bir qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12033.58 (on iki min otuz üç manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. BOKT "xxxx" MMC iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ona kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq cavabdehlə BOKT "xxxx" MMC arasında 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqvailəsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən “ev təmiri” məqsədilə borcluya 18 ay müddətinə aylıq 3%, illik 36% olmaqla 11560 (on bir min beş yüz altmış) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 14.08.2019-cu il tarixdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3177.17 (üç min yüz yetmiş yeddi manat on yeddi qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1979.04 (min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 90.79 (doxsan manat yetmiş doqquz qəpik) manat olmaqla, cəmi 5247.00 (beş min iki yüz qırx yeddi) manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 8382.83 (səkkiz min üç yüz səksən iki manat səksən üç qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3001.05 (üç min bir manat beş qəpik) manat faiz borcu və 17.49 (on yeddi manat qırx doqquz qəpik) manat cərimə borcu var. Bundan əlavə təşkilat "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 632.21 (altı yüz otuz iki manat iyirmi bir qəpik) manat təşkil edir. BOKT "xxxx" MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək iddianı müdafiə etdikləri bildirilmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsinə əsasən MMC tərəfindən Cavabdeh 18 ay müddətinə aylıq 3%, illik 36% olmaqla 11560 (on bir min beş yüz altmış) manat məbləğində kredit verilmişdir. İşdə olan BOKT "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsi üzrə MMC-yə 8382.83 (səkkiz min üç yüz səksən iki manat səksən üç qəpik) manat məbləğində əsas borc, 3001.05 (üç min bir manat beş qəpik) manat faiz borcu, 17.49 (on yeddi manat qırx doqquz qəpik) manat cərimə borcu və 632.21 (altı yüz otuz iki manat iyirmi bir qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 12033.58 (on iki min otuz üç manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehin kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı BOKT "xxxx" MMC-yə əldən çıxmış fayda növündə zərər vurulması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut-yəni üçüncü şəxslərlə işlərin görülməsi, malların təqdim edilməsi və s. hallarla bağlı müqavilə bağlamaqla real olaraq gəlir əldə edəcəyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə həmin hissədə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əldən çıxmış fayda növündə zərər tələbinə dair hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, Cavabdeh 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsi üzrə 8382.83 (səkkiz min üç yüz səksən iki manat səksən üç qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 3001.05 (üç min bir manat beş qəpik) manat faiz borcu və 17.49 (on yeddi manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11401.37 (on bir min dörd yüz bir manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14.08.2019-cu il tarixli L-BK-0047965-F saylı kredit müqaviləsi üzrə 8382.83 (səkkiz min üç yüz səksən iki manat səksən üç qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 3001.05 (üç min bir manat beş qəpik) manat faiz borcu və 17.49 (on yeddi manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 11401.37 (on bir min dörd yüz bir manat otuz yeddi qəpik) manat məbləğində kredit borcu, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar