Məhkəmə qərarları › İş №2(029)-792/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-792/2022

03.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-792/2022 03.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılmasına” dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan olan uşaqlarım 15 mart 2010cu il təvəllüdlü X2, 09 aprel 2013-cü il təvəllüdlü X3 və 11 iyun 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi olaraq hər ayda 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdehin maddi və əmlak vəziyyətinin dəyişməsi, onun hazırda işləyib-işləməməsi, aylıq sabit gəlirinin olub-olmaması barədə müvafiq sənədlərin surətləri ərizəyə əlavə olunmamşdır. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətləri lazımı qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaiçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar