Məhkəmə qərarları › İş №2(029)-794/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-794/2022

22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-794/2022 22.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş 10 dekabr 2009cu il təvəllüdlü Dilara adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarını artıraraq hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə və 50 manat ödənilmiş mediasiya xərcinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 oktyabr 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edib Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 10 dekabr 2009-cu il təvəllüdlü Dilara adlı uşaqları anadan olmuşdur. Qusar rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli 2(029)-l753/2016 saylı qətnaməsi ilə 10 dekabr 2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh onun xeyrinə 100 manat aliment tutulmuşdur. Bildirmişdir ki, Cavabdeh ona ödədiyi 100 (yüz) manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki uşaq böyüdükcə onun maddi ehtiyaclarıda artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə X7 uşağın saxlanılması üçün daha artıq aliment ödəməyə borcludur. Onun tərəfindən qeyd edilən mübahisə barədə mediasiyaya müraciət etmişdir, lakin cavabdeh ilkin mediasiya sessiyasında sonra prosesi işdirak davam etdimək istəməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcidə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, məktəbdə xadimə işləyir. Uşağın hal-hazırda 13 yaşı var. Uşağı saxlamaq onun üçün çətindir. Hal-hazırda yaşadığı atasının evi satışa çıxarılmışdır. Həmin ev satıldıqdan sonra o, uşağı ilə bilikdə kirayə ev tutmaq məcburiyyətində qalacaqdır. Uşağın dərslərə hazırlaşması üçün müəllimlərə veriləcək pulu qalmayacaqdır. O, cavabdehlə mediasiya sessiyasında öz aralarında razılaşa bilməmişdir. Buna görə də, iddianın təmin dilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, "xxxx" MMC-də gözətçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 300 (üç yüz) manat təşkil edir. Aldığı əmək haqqını nəzərə alaraq alimentin 130 (yüz otuz) manatdan çox təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Budan başqa xx.xx.2022-ci il tarixində təyin olunmuş məhkəmə iclasına işdə olduğu gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin dilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 2(029)-1753/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, 10 dekabr 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qusar rayon Məhkəməsinin 10 may 2011-ci il tarixli, 2(029)-341/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 22 noyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İşdə olan AZ-T 107512 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 dekabr 2009-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan 30 mart 2022-ci il tarixli 2022-15958 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı təsvir edildiyi kimi, mövcud alimentin artırılması tələbinə dair mübahisə üzrə 30 mart 2022-ci il tarixdə saat 15:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Məhkəməsinin 2(029)-1753/2016 saylı, 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə 10 dekabr 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qusar rayon Məhkəməsinin 10 may 2011-ci il tarixli, 2(029)-341/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 22 noyabr 2016-cı il tarixdən hesablanmaqla hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 193 (yüz doxsan üç) manat deyil, hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat müəyyən olunmalıdır Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1800 manat (12 X 150=1800) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1800 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 800 (1800- 1000=800) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 8 manat, cəmi isə 38 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçı tərəfindən mediasiya xərcləri kimi ödənilmiş rüsum, 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon Məhkəməsinin 2(029)-1753/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxx 1973-cü ildə ünvan 1 ünvanında yaşayan cavabdh Cavabdeh İddiaçı xeyrinə 10 dekabr 2009-cu il təvəllüdlü Dilara adlı uşağın yetkinlik yaşına çatan kimi saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün, Cavabdeh 50 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar