Məhkəmə qərarları › İş №2(029)-799/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-799/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-799/2020 31.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının artırılaraq, hər ay hər bir uşağa 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2003cü ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmiş, nikahlarını isə 2005-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh ilə nikahlarından xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2005-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışlar. Aralarındakı nikah pozulmuşdur. Cavabdehlə ayrıldıqları vaxtdan uşaqlar özünün himayəsində qalmışlar. Cavabdeh yenidən ailə həyatı qurmuş və həmin nikahdan iki uşağı var. Qusar rayon məhkəməsinin 2(029)-240/2014 saylı, xx xxxxx 2014cü il tarixli qətnaməsi ilə xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2005-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq beş ildir ki, cavabdeh uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 50 (əlli) manat aliment ödəyir. xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X5 normal saxlanmaları üçün hər ay hər bir uşağa görə tutulan 50 (əlli) manat aliment kifayət etmir, uşaqlar böyüdükcə xərcləri artır. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılması zəruridir. Hazırki vəziyyətdə bir uşağın saxlanması üçün nəzərdə tutulan meyar, həmçinin Cavabdeh maddi vəziyyəti nəzərə alınmaqla hesab edir ki, Cavabdeh xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ № 578715 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxx 2004-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ № 641397 nömrəli doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxx 2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-240/2014 saylı, xx xxxxx 2014-cü il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 2003-cü ildə nikahı rəsmi qeyd etdirmədən evlənmiş, aralarındakı nikahı 2005-ci ildə rəsmiləşdirmişlər. Tərəflərin nikahlarından xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2005-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsində qalmışlar. Qusar rayon məhkəməsinin 2(029)-240/2014 saylı, xx xxxxx 2014-cü il tarixli Qətnaməsinə əsasən X4 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci, 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin 2(029)-240/2014 saylı, xx xxxxx 2014-cü il tarixli Qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı qızənın xeyrinə hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəməyə tövsiyə etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qusar rayon məhkəməsinin 2(029)-240/2014 saylı, xx xxxxx 2014-cü il tarixli Qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx xxxx 2004-cü il təvəllüdlü X4 və xx xxxx 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı qızənın xeyrinə hər ay hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikanın dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar