Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-82/2025 30.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X7 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X11 adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bununla bağlı Rusiya Federasiyası Dağıstan Respublikası “Məhərrəmkənd rayonu” bələdiyyə rayon adminstrasiyasının VVAQ şöbəsində 2012-ci ilin mart ayının 13-cü günündə nikahın bağlanması haqqında 18 saylı akt qeydi tərtib olunmuş və onlara müvafiq şəhadətnamə verilmişdir. Onların birgə nikahlarından 07 iyul 2014-cü il təvəllüdlü X9 və 15 noyabr 2016-cı il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. X6 2016-cı ilin aprel ayında yaşadıqları ünvanı tərk edib getmiş və həmin vaxtdan sonra onun harada olması barədə hər hansı məlumatı olmamışdır. Onun harada olması barədə yaxın qohumlar və tanışlar vasitəsi ilə məlumat almaq istəsə də, hər hansı nəticəsi olmamışdır. Bundan sonra o, yaşadıqları ünvan üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edərək əri Famil İsayevin tapılması üçün ona köməklik göstərilməsini xahiş etmiş, həmin bölmənin təhqiqatçısı Azər Əhmədov tərəfindən müraciəti əsasında müvafiq araşdırma aparılmış, lakin onun tağılması mümkün olmamışdır. Həmçinin, araşdırma zamanı təhqiqatçı tərəfindən müvafiq qurumlara sorğular göndərilmiş və məlum olmuşdur ki, əri Famil İsayev xx.xx.2016-cı il tarixdə saat 06:55-də “Heydər Əliyev” adına X1 Respublikasının İstanbul şəhərinə uçuş etmiş, ölkə ərazisinə qayıdışı barədə hər hansı rəsmi məlumat əldə edilməmişdir. Bu səbəbdən də, təhqiqatçı tərəfindən onun müraciəti əsasında toplanmış material üzrə 21 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra 2024-cü ilin aprel ayında o, Qusar rayon məhkəməsinə müraciət edərək onunla Famil İsayev arasında bağlanmış nikahın pozulmasını xahiş etmiş və Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-527/2024 saylı qətnaməsi ilə onunla X11 arasında Rusiya Federasiyası, Dağıstan Respublikası, “Məhərrəmkənd rayonu” bələdiyyə rayon administrasiyasının VVAQ şöbəsində 13 mart 2012-ci il tarixdə 18 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 07 iyul 2014-cü il təvəllüdlü X9 və 15 noyabr 2016-cı il təvəllüdlü X5 himayəsaində saxlanılmışlar və həmin uşaqların yaşayış yeri kimi onun yaşayış yeri müəyyən edilmişdir. Hal-hazırda övladları Yəhya İsayevin və Davud İsayevin ata himayəsindən məhrum olunduqları təsdiq edilməlidir. Belə ki, həmin uşaqlar faktiki olaraq ata himayəsindən məhrum olmuşlar, özlərinə münasibətdə ataları tərəfindən hər hansı hüquq və vəzifələr həyata keçirilmir, bu uşaqlarla bağlı bəzi hərəkətlərin həyata keçirilməsində və məsələlərin həll edilməsində çətinliklər yaradır. Bu səbəbdən də, övladlarının maraqlarının və mənafelərinin müdafiə olunması məqsədi ilə keçmiş X6nun xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Keçmiş əri Famil İsayevin uzun müddətdir ki, yaşadığı ünvanda olmaması ərizəyə əlavə etdiyi sənədlərlə təsdiq olunur və belə olan halda həmin şəxs xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, onun etibarnamə əsasında nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, cərrahiyyə əməliyyatı olunmuş və ona görə də məhkəmə iclasına gələ bilmir. İş üçün müvafiq sübutlarını iddia ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etmişlər, əlavə və sübutlar yoxdur. Ona görə də işə onların iştirakları olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 527/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X11 arasında Rusiya Federasiyası, Dağıstan Respublikası, “Məhərrəmkənd rayonu” bələdiyyə rayon administrasiyasının VVAQ şöbəsində 13 mart 2012-ci il tarixdə 18 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 07 iyul 2014-cü il təvəllüdlü X9 və 15 noyabr 2016-cı il təvəllüdlü X10 anaları Ərizəçi himayəsində saxlanılmışlar və həmin uşaqların yaşayış yeri kimi Ərizəçi yaşayış yeri müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin 21 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Ərizəçi Şakir qızı ərizə ilə Sabunçu RPİ-nə müraciət edərək bildirmişdir ki, 2016-cı ilin aprel ayında X6 yaşadıqları ünvan 2 ünvanından çıxıb getmiş, indiyədək qayıdıb gəlməmişdir. Ərinin tapılmasında və ya itkin düşmüş hesab edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Araşdırma zamanı X7 yaşayış yerini müəyyən etmək məqsədilə tapşırıq verilmiş, lakin araşdırma müddəti ərzində müsbət nəticə əldə edilməmişdir. X7 ölkə ərazisini tərk edibetməməsi məqsədilə VMAS sistemində yoxlanılmış və məlum olmuşdur ki, X11 xx.xx.2016-ci il tarixdə saat 06:55-də “Heydər Əliyev” adına X1 Respublikasının İstanbul şəhərinə uçuş etmiş, lakin onun indiyədək ölkə ərazisinə qayıdışı barədə hər hansı rəsmi məlumat əldə edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X11 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-39-9/2-4816/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası vətındaşı xx.xx.1982-ci il təvəllüdlü X7 barəsində cinayət təqibi aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həmin xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1982-ci il təvəllüdlü X8 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-38/16-2-9372/24 saylı məktubdan görünür ki, İAMAS bazasında xx.xx.1982-ci il təvəllüdlü X7 xx.xx.2016-ci il tarixdə ölkədən çıxış etməsi barədə məlumat qeydə alınmış, ölkəyə daxil olması barədə məlumat isə yoxdur. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli 682xid-24 saylı məktubdan görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş X11 barəsində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin keçmiş X6 xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasını Türkiyə Respublikası istiqamətində tərk etmiş və həmin vaxtdan bir daha geri qayıtmamışdır. Qusar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-527/2024 saylı qətnaməsi ilə Ərizəçi ilə X11 arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarılndan anadan olmuş 07 iyul 2014-cü il təvəllüdlü X9 və 15 noyabr 2016-cı il təvəllüdlü X10 anaları Ərizəçi himayəsində saxlanılmışlar. Bununla da, ərizəçi Elmira İsayevin keçmiş əri olan Famil İsayevin iki ildən artıq müddətdir ki, yaşadığı ünvanda olmaması, harada olmaları barədə məlumatların mövcud olmaması, nəticədə isə həmin şəxsin uzun müddətdir ki, faktiki olaraq ata himayəsindən məhrum olması yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunur. Odur ki, həmin uşaqların sosial müdafiəsinin təmin edilməsi, o cümlədən Famil İsayevin əmlaklarının idarə edilməsi məqsədi ilə həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X11 xəbərsiz itkin düşmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşamış X11 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-82/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-82/2025
30.01.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver