Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-831/2021 13.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələblərə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8359.14 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 manat məbləğində faiz borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 28.12.2019-cu il tarixli QFS- 5455_KMP saylı Kredit müqaviləsi üzrə cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılması və əmlakın boşaldılması; ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 28.12.2019-cu il tarixli QFS- 5455_KMP saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 01% olmaqla 60 ay müddətinə 8494.54 manat məbləğində kredit verilmişdir. 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 28.12.2019-cu il tarixli QFS- 5455_KMP saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 8359.14 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat təşkil edir. 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS- 5455_KMP saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8359.14 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra boşaldılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi əslində 19.03.2014-cü il tarixli QFS-5455 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilərək borcun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə qaytarılması məqsədilə bağlanmış və ilk bir il güzəşt müddəti hesab edildiyi üçün cavabdehin yalnız faiz borcunu ödəmək öhdəliyi olmuş və həmin müddətdə əsas kredit borcunun ödənilməsi nəzərdə tutulmamışdır. Lakin, bununla belə cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, 10000 (on min) manat kreditin verilməsinə dair 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlansa da, həmin pulu o, özü götürmüş və özünə məxsus olan Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi ipoteka müqaviləsinə əsasən həmin borcun ödənilməsinin təminatı olaraq bank qarşısında yüklü edilmişdir. Daha sonra həmin kredit müqaviləsi restrukturizasiya edilərək yuxarıda qeyd edilən 28.12.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və ipoteka predmetinin ilkin satış qiyməti 12000 (on iki min) manat müəyyən edilmişdir. O, hazırda iddianı qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. Həmin kreditin Hikmətə aidiyyəti yoxdur və ona görə də, pul Hikmətdən deyil yalnız ondan tutulmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2014-cü il tarixli QFS-5455 saylı Baş kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcalana illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətinə 6 ay güzəşt müddəti şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə 19.03.2014-cü il tarixli QFS-5455 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin restrukturizasiya edilərək 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat borcun illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə qaytarılması məqsədilə bağlanmışdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5455 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2014-cü il tarixli Baş Kredit Müqaviləsinə əsasən illik faiz dərəcəsi 23 faiz olmaqla 36 ay müddətinə 6 ay güzəşt müddəti şərti ilə verilən 10000 (on min) manat məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 12000 (on iki min) manat, likvid qiyməti isə 10600 (on min altı yüz) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 28.12.2019-cu il tarixdə 3M-559 reyestr nömrəsi ilə təsdiq edilmiş QFS- 5455_KMP saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 29.10.2013-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 09.04.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 18.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 18.03.2014-cü il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 27.04.2021-ci il tarixli RB-02/PK-4452 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 19 aprel 2021-ci il tarixə banka 8359.14 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat məbləğində kredit borcunun olduğu göstərilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 30 mart 2021-ci il tarixli 14-0581 saylı ipoteka predmetinə tutmanın yöənldilməsi barədə Bildirişin surətindən görünür ki, bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı Cavabdeh2 bildirilmişdir. İşdə olan İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 05.04.2021-ci il tarixli 14-0589 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizəsinin surətindən görünür ki, Cavabdeh2 (İpoteka qoyan) tərəfindən 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı İpoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş daşınmaz əmlaka (Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsi) İddiaçı ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı İpoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 30 mart 2021-ci il tarixli 14-0581 saylı Bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarılmış qəbzlərin surətindən görünür ki, İddiaçı ASC ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 30 (otuz) manat rüsum ödəmişdir. İşdə olan Cavabdeh2 13.10.2021-ci il tarixli ərizəsindən görünür ki, kredit pulu bankdan əslində o, özü almış, torpaq sahəsi də ona məxsusdur. Odur ki, iddianın təmin edilməsinə, 8378.14 manat pulun ondan tutulmasına, həmçinin 1.14 ha torpaq sahəsindən çıxarılmağına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8359.14 (səkkiz min üç yüz əlli doqquz manat on dörd qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 (on doqquz) manat məbləğində faiz borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli; tələb tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 12.000 (on iki min) manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli; Cavabdeh2 Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi boşaldılmalı; ipoteka predmeti açıq hərracda satılmaqla əldə edilmiş vəsait 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8359.14 (səkkiz min üç yüz əlli doqquz manat on dörd qəpik) manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 19 (on doqquz) manat məbləğində faiz borcu, cəmi 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 12.000 (on iki min) manat məbləğində müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə 8378.14 (səkkiz min üç yüz yetmiş səkkiz manat on dörd qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Cavabdeh2 Qusar rayonu Cibir kəndində yerləşən 1.14 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi boşaldılsın. İpoteka predmeti açıq hərracda satılmaqla əldə edilmiş vəsait 28.12.2019-cu il tarixli QFS-5455_KMP saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-831/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-831/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver