Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-837/2022 18.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdehTayıbovSamik Mütəllib oğluna qarşı “təbiətə dəymiş ziyanın ödənilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 211.20 (iki yüz on bir manat iyirmi qəpik) manat məbləğin cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Ləcət kənd sakini Cavabdeh barədə “X3” qanunun tələblərinə zidd olaraq X12 sahəsində özbaşına malqara otarması faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yaşıllıqların mühafisəzi haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən Cavabdeh tərəfindən təbiətə dəymiş ziyan 211.20 (iki yüz on bir manat iyirmi qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh xx.xx.2022-ci il tarixli, Ç-İM/4422-033-615 saylı məktubla göndərilsə də, Cavabdeh iddia məbləğini ödəməkdən imtina etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, özü də həmin kənddə yaşayır, cavabdehi bir neçə dəfə həmin ərazidə özbaşına mal-qara otaran zaman görüb. Meşə gözətçisi cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh mal-qaranı sözü gedən ərazidən çıxartmaqdan imtina etmişdir. Həmin vaxt ərazidə 32 baş mal-qara olmuşdur. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar-Xəttinə” meşə gözətçisi tərəfindən zəng vurulmuşdur. Baş verən hadisə səhərisi gün aktlaşdırılmışdır. Həqiqətən də əraziyə baxış keçirilən zaman orada mal-qara ifrazatları aşkar edilmişdir. O, cavabdehin atasına zəng edərək mal-qaranı sözü gedən ərazidən çıxartmasını bildirmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həqiqətən də həmin gün o, naxırda olmuş, mal-qaranı otarmağa aparmışdır. Sözü gedən ərazidə 3 qonşu kəndin mal-qarası da otarır. O həmin gün mal-qaranı həmin ərazidə otarmağa aparıb. Həmin gün naxırda neçə baş heyvanın olduğu dəqiq yadında qalmayıb. O, aktı oxuyub, həmin aktda onun təqsirli olması barədə heç bir sübut yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 08 aprel 2022-ci il tarixli 74001 saylı aktdan görünür ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli 00030 saylı sərəncamı ilə Qusar rayonu Ləcət kənd sakini X11 X6 Müşəbəyliyinin 7 saylı dolayın meşə gözətçisi X7 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar-Xəttinə” vətəndaş meşələrdə qanunsuz mal-qara otarır” barədə daxil olmuş müraciəti müraciətçi X4 və Qusar rayon Ləcət kənd sakini Cavabdeh iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı Meşə gözətçisi X8 yazılı izahatında xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində ona təhkim olunmuş X11 X6 Müşəbəyliyinin 7 saylı dolayına baxış keçirən zaman 32 (otuz iki) baş iri buynuzlu malqaranın (inəklərin) həmin dolay ərazisində otladığını müşahidə etdiyini, aparılan araşdırma zamanı həmin mal-qaranın Qusar rayonu, Ləcət kənd sakinlərinə məxsus olduğunu, naxır növbəsində Qusar rayonu, Ləcət kənd sakini Cavabdeh olduğunu, həmin malların naxıra aid olduğuna əmin olduqdan sonra bu barədə naxırçıya xəbərdarlıq etdiyini, naxırçı- Cavabdeh bu xəbərdarlığa heç bir əhəmiyyət vermədiyini və qeyd olunan məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar-Xəttinə” məlumat verdiyini bildirmişdir. Hil Meşəbəyliyinin 7 saylı dolay ərazisinə yerində baxış keçirilən zaman ərazidə bir neçə yerdə heyvan (mal-qaranın) ifrazatı (təzə) aşkar olunmuşdur. Ərazidə aşkar olunan mal ifrazatına (peyin), meşə gözətçisi X4 təqdim etdiyi fotoşəkillər və izahatına Qusar rayonu, Ləcət kənd sakini Cavabdeh naxır növbəsində olmuş (xx.xx.2022-ci il tarixdə) və kənd camaatına məxsus iribuynuzlu mal-qara (inəklərin) X12 ərazisində qanunsuz olaraq özbaşına otarıldığı müəyyən olunmuşdur. İşdə olan dəymiş ziyanın hesablanama cədvəlinin surətindən görünür ki, hesablama Azərbaycan Respublikasının N.K-nin xx.xx.2019-cu il tarixli 30 saylı Qərarının 3 nömrəli əlavəsinə əsasən aparılmışdır. Bu Qərara əsasən X12 ərazisində özbaşına qanunsuz mal-qara otarılmasına görə hər 10 baş heyvan üçün 66 (altmış altı) manat nəzərdə tutulmuşdur (dəymiş ziyan). Beləliklə 32 (otuz iki) baş heyvan üçün (mal-qara) 66 manat x 3.2 = 211.2 manat. Ümumilikdə dəymiş ziyan 211.20 (ikiyüzon bir manat iyirmi qəpik)manat təşkil edir. İşdə olan X11 X6 Müşəbəyliyinin 7 saylı dolayın meşə gözətçisi Qusar rayonu, Ləcət kənd sakini X4 izahatında görünür ki, xx.xx.2022-ci il tarixdə 13:00 radələrində ona təhkim olunmuş 7 saylı dolayın 102-ci kvartalına baxış keçirdiyi zaman 32 baş iribuynuzlu mal-qaranın (inəklərin) öz başına buraxılaraq otarıldığını müşahidə etmişdir. Həmin malqaranın Qusar rayonu, Ləcət kənd sakinlərinə məxsus olduğunu və həmin gün naxır növbəsində Qusar rayonu, Ləcət kənd sakini Cavabdeh olduğunu müəyyən etmişdir. O, bu barədə dərhal naxır növbəsində olan Cavabdeh meşədən malları çıxartmağı təklif etmiş, amma Cavabdeh getməyəcəyini bildirmişdir. Bundan sonra o, meşəyə qayıdıb malqaranın şəkili çəkib, meşədən çıxartmış və qaynar xətt xidmətinə məlumat vermişdir. Verdiyi məlumatla bağlı Ekologiya əməkdaşları onun iştirakı ilə araşdırma aparmış, çəkdiyi fotoşəkilləri təqdim etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Qusar rayonu ərazisində Hil meşəbəyliyinin 7 saylı dolayında özbaşına iribuynuzlu mal-qara otarmışdır. Bununla da, həmin hərəkətləri ilə “Yaşıllıqların mühafisəzi haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən Cavabdeh tərəfindən təbiətə dəymiş ziyan 211.20 (iki yüz on bir manat iyirmi qəpik) manat iddia məbləği hesablanmışdır. Bundan başqa, Cavabdeh həmin təqsirli hərəkətləri nəticəsində təbiətə 211.20 manat məbləğində maddi zərər dəymiş və onun iddiaçı qarşısında mülki məsuliyyəti, delikt öhdəliyi əmələ gəlmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Zərərçəkən rolunda istənilən subyekt, o cümlədən fiziki şəxs, bələdiyyə, hüquqi şəxs və dövlət çıxış edə bilər. Dövlətin müstəsna mülkiyyətində olan dövlət torpaqlarına, meşələrə, yerin təki obyektlərinə və digər nemətlərə zərər vurulduqda, həmin hərəkətlərdən ziyan çəkir və bu zaman öhdəlikdə dövlətin özü yox, dövləti təmsil edən və onun adından çıxış edən müvafiq orqanlar iştirak edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində iddiaçı 5 saylı Regional Ekologiya vəTəbii Sərvətlər İdarəsinə vurulmuş maddi zərərin əvəzi kimi 211.20 (iki yüz on bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçının hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycanRespublikasının MPM-nin 216-220, 360 maddələrinirəhbərtutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 211.20 (iki yüz on bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-837/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-837/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver