Məhkəmə qərarları › İş №2(029)-840/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-840/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-840/2024 23.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi iddia tələbinin tam təmin edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində olmaqla Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və bildirmişdir ki, o, hazırkı iş üzrə mediasiya sessiyasında iştirak etməmiş və hazırkı iş üzrə mediasiya sessiyasına müraciət etməmişdir. Hal-hazırda iş materiallarına əlavə olunmuş mediasiya prosesinə xitam verilməsi haqqında protokol əsasında 2023-cü il tarixdə Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Qusar rayon Məhkəməsinin icraatında mülki iş olmuş və qətnamə çıxarılmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddianı qəbul etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda. Azərbaycan Respublikası adından “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndində qeyd olunur ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İş materiallarına əlavə edilmiş Qusar rayon Məhkəməsinin 2(029)-516/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)- 935/2021 saylı 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə 01 sentyabr 2019-cu il təvəllüdlü X6 və 30 iyul 2020-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023-00599 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokol həm hazırkı iş üzrə, həmdə iddiaçı tərəfindən 2(029)-516/2023 saylı mülki iş üzrə iş materiallarına əlavə edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı bildirmişdir ki, hazırkı mülki işə əlavə olunmuş “mediasiya prosesinə xitam verilməsi haqqında” protokol əsasında Qusar rayon Məhkəməsinin icraatında 2(029)-516/2023 saylı mülki işə baxılmış və qətnamə qəbul edilmişdir, həmin arayışı da hazırda məhkəmənin icraatında olan iş materiallarına əlavə etmiş, yenidən mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hal-hazırda baxılan mülki iş üzrə mediasiya prosesində iştirak etməmiş və bu barədə heç bir sənəd işə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023-00599 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokol üzrə artıq məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı yenidən mediasiya prosesində iştirak etdikdən sonra məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etmədiyinə görə, yəni hazırkı iş üzrə mediasiya prosesində iştirak etmədiyinə görə mülki iş baxılmamış saxlanmalıdır. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar