Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-85/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılmasına və digər tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə kreditə görə 6584.64 manat, faiz borcuna görə 34.71 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 6619.35 manat borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 40 (qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 70 (yetmiş) manat pulun tutulması; tələbin Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh3 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 6619.35 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması; ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddianı onunla əsaslandırmışdır ki, həmin ASC-nin “Qusar” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsinə əsasən illik 01 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 6865.14 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.,2.3. və 2.4. maddələri). 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 6584.64 manat əsas, faiz borcuna görə 34.71 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 6619.35 manat təşkil edir. Bundan başqa İddiaçı ASC-nin “Qusar” filialı arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu Cavabdeh3 ilə İddiaçı ASC-nin “Qusar” filialı arasında 28.12.2019-cu ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin qarşısında 22.08.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə) “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh3 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 6584.64 manat, faiz borcuna görə 34.71 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 6619.35 manat məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər ipoteka predmetindən çıxarılmalıdır, cavabdehlərin ipoteka predmetinə qeydiyyatı ləğv edilməlidir. İddiaçı ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə kreditdən istifadəyə görə illik 1 (bir) faiz dərəcəsi ilə ödənilməsi şərtilə 6865.14 (altı min səkkiz yüz altmış beş manat on dörd qəpik) manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış və Qusar rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 28 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6584.64 manat, faiz borcuna görə 34.71 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi borcu 6619.35 manat təşkil etdiyi göstərilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 11.03.2008-ci il tarixli Seriya MH ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 68.7 kv.m yaşayış, 95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və 17.02.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu X1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi və üzərində olan 181.7 kv.m fərdi yaşayış evi Cavabdeh2 tərəfindən onun 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 28.12.2019-cu il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi İddiaçı ASC-nin xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 07 fevral 2020-ci il tarixli 1400-73 saylı məktubundan görünür ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən, reyestr nömrəsi **********76-10301 olan, Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 68.7 kv.m yaşayış, 95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan daşınmaz əmlakın üzərində dövlət ipotekasının qeydiyyatının həyata keçirilməsini və qeydiyyatı təsdiqləyən elektron çıxarışın müvafiq portalda əks olunması üçün lazım olan tədbirlərin görülməsi xahiş olunmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli ƏEM/A 15-266/22 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 06 aprel 2022-ci il tarixə bazar dəyəri 49000 (qırx doqquz min) manat, likvid dəyəri 40000 (qırx min) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli ƏEM/A 15-266/22 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300,0 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli 9/49 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi ipoteka predmetinin dəyərini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada QFS-5860_KMP saylı ipoteka müqaviləsi üzrə 6584.64 manat məbləğində əsas kredit borcu, 34.71 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu, cəmi 6619.35 manat məbləğində pul vəsaiti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 40 (qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 70 (yetmiş) manat pul İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 68.7 kv.m yaşayış, 95 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh3 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə cəmi məbləği 6619.35 manat məbləğində borc və rüsumlar kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməli; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində məhz hansı şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmalı olduqlarını konkret olaraq göstərmədiyindən qətnamə həmin hissədə təmin edilməməli və evin boşaldılması hissəsində isə təmin edilməlidir. İpoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 49000 (qırx doqquz min) manat, likvid dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 300 (üç yüz) manat təşkil edən məhkəmı xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına keçirilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada QFS-5860_KMP saylı ipoteka müqaviləsi üzrə 6584.64 (altı min beş yüz səksən dörd manat altmış dörd qəpik) manat məbləğində əsas kredit borcu, 34.71 (otuz dörd manat yetmiş bir qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu, cəmi 6619.35 (altı min altı yüz on doqquz manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (otuz) manat rüsum, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində yerləşən 0.18 ha torpaq sahəsinə və onun üzərində olan 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh3 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə cəmi 6619.35 (altı min altı yüz on doqquz manat otuz beş qəpik) manat borc və rüsumlar kimi ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində pul İddiaçı ASC-nə ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində olan 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra əldə edilmiş vəsait qeyd olunan 28.12.2019-cu il tarixli QFS-5860_KMP saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində olan 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində ev boşaldılsın. İpoteka predmeti olan Cavabdeh2 məxsus Qusar rayonu X1 kəndində yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 181.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin bazar dəyəri 49000 (qırx doqquz min) manat, likvid dəyəri 40000 (qırx min) manat məbləğində müəyyən edilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 300 (üç yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-85/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-85/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver