Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-853/2022 01.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Muradova (Qazıxanova) Bahar Əmir qızına və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğvi və qanunsu satılmış torpaq sahəsinin geri qaytarılması tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Muradova (Qazıxanova) Bahar Əmir qızına və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğvi və qanunsuz satılmış torpaq sahəsinin geri qaytarılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclasında baxılması xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərə təyin edilsə də, tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlər gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki,Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin qərarın 9.2-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı cavabdehlər Muradova (Qazıxanova) Bahar Əmir qızına və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğvi və qanunsu satılmış torpaq sahəsinin geri qaytarılması tələbinə” dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qeri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Muradova (Qazıxanova) Bahar Əmir qızına və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğvi və qanunsuz satılmış torpaq sahəsinin geri qaytarılması tələbinə” dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Muradova (Qazıxanova) Bahar Əmir qızına və Qusar rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin qismən ləğvi və qanunsu satılmış torpaq sahəsinin geri qaytarılması tələbinə” dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qeri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-853/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-853/2022
01.12.2022 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver