Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1288/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Qazax Rayon Notariat Ofısi və Cavabdeh1 qarşı “əqdin, alqı-satqı müqaviləsinin ləğv edilməsi, nəticələrinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən və evdən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, iddiasının baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(023)-101/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş İddiaçı ilə Cavabdeh1 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin bağlandığı andan ləğv edilmiş Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 40-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələri ləğv edilmiş, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu ıl tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh1 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1 B-də yerləşən U-024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarıs ləğv edilmiş, Cavabdeh1 Qazax şəhəri Əhrnəd Seyidov küçəsi 4 sahə 1B-də yerləşən 0,024 ha torpoaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh1 23 yanvar 2023-cü il tarixdə ərizə verərək 12 yanvar 2023-cü il tarixdə qəbul olunmuş qiyabi qətnamənin ləğv edilərək işə yenidən baxılıb iş üzrə qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir Qazax Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadına əsasən məhkəmənın 12 yanvar 2023-cü il tarixli 2(023)-101/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün 02 fevral 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh1 02 fevral 2023-cü il tarixdə ərizə ilə məhkəməyə muracıit edərək ərizəsinin nəticə hissəsində “İddiaçı mənə qarşı qaldırdığı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının mənim istirakım obyektiv araşdıraraq, iddianın rədd edilməsi ilə bağlı qanuni qətnamə qəbul edilməsini xahiş edirəm” qeyd etmişdir. Məhkəmə iclası 23 fevral 2023-cü il tarixə saat 16:00-a təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası 14 mart 2023-cü il tarixə təxirə salınmış, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, yenidən məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiasının baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı ilə iddiacı İddiaçı cavabdehlər Qazax Rayon Notariat Ofisi və Cavabdeh1 qarşı “əqdin, alqı-satqı müqaviləsinin ləğv edilməsi, nəticələrinin ləğv edilməsi, çıxarışın etbarsız hesab edilməsı, torpaq sahəsındən və evdən çıxarılma tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsi, işə ədalətli və qanuni baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o ərizə yazaraq mülkı işə onun iştirakı olmadan baxılmasın xahiş etmiş, lakin heç bir əsas olmadan məhkəmə iclası təxirə salmış və iddia ərizəsini baxılmamış saxlamışdır. İşə ədalətli və qanuni baxılması üçün 14 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı ilə Qazax Rayon Məhkəməsinin 2(023)-101/2023 saylı, 14 mart 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 28 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı ləğv edilməli və iş materialları işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizələrin məzmununda işə onun iştirakı olmadan baxılmasını qeyd etməmiş, iddiaçı isə xx.xx.2023cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiasının baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlərinin geri qaytarılması barədə qərar qəbul edilməsi barədə ərizə verdiyindən, cavabdehlər Qazax Rayon Notariat Ofisi və Cavabdeh1 isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından göründüyü kimi, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etsə də, Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq ərizəsində alqı-satqı müqaviləsinin qanuni olduğunu, onun ləğvinə heç bir əsas olmadığını, iddiaçı ilə onun arasında bağlanmış müqavilə üzrə nağd şəkildə ödəniş etdiyini göstərmiş və işə baxılaraq qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddianın baxılmamış saxlanılmasına dair qərardadından vermiş olduğu şikayət də onun işə mahiyyəti üzrə baxılmasında israrlı olduğunu təsdiq edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 28 mart 2023-cü il tarixli 2(023)-101/2023 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün yenidən həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 28 mart 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün yenidən Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1288/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1288/2023
26.04.2023 · Müqavilələrin ləğv edilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver