Məhkəmə qərarları › İş №2(029)-855/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-855/2022

04.11.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-855/2022 04.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü əri X5 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 avqust 1998-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 18 sentyabr 1999-cu il təvəllüdlü Vasif, xx.xx.2004-cü il təvəllüdlü Lena və 15 fevral 2018-ci il təvəllüdlü Yaqub adlı üç uşaqları anadan olmuşdur. 2016-cı ildə Mayislə və uşaqları ilə birlikdə Türkiyə Respublikasına getmişlər, İstanbul şəhərində müxtəlif ünvanlarda 2018-ci ilədək yaşamışlar. Yaqub adlı uşaqları da məhz Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuşdur. 2018-ci ildə Mayis Suriya Respublikasına getmək istəmiş, bununla bağlı aralarında narazılıq yaranmış, o, Suriyaya getməyə razılaşmamış, azyaşlı uşaqlarını da götürüb Qusar rayonuna qayıtmışdır. Həmin vaxtdan etibarən X16 harada olması barədə məlumatı yoxdur, X7 gedib-getmədiyini, Türkiyədə olub- olmadığını dəqiq bilmir. Həmin vaxtdan sonra Mayis bir daha daimi yaşadığı Qusar rayonu Xurel kəndinə qayıtmamış, harada olduğu barədə məlumat verməmişdir. Mayis Şixzadayevin əlaqə nömrələrini, ünvanını bilmir. Hazırda azyaşlı uşağı ilə birlikdə tək qalmışdır, uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. X16 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün Mayis Şixzadayevin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. X16 harada olması barədə artıq 4 il ərzində heç bir məlumat olmadığından, həmin müddət ərzində yaşayış yerində görünmədiyindən hesab edir ki, Mayis Şixzadayev xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o ərizəni müdafiə edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 04 noyabr 2022-ci il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun və Ərizəçi iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçinin və maraqlı şəxsi nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin və maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Vİİ-ЖГ № 326738 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 nikahları 22 avqust 1998-ci il tarixdə Qusar RİB-nın Avaran kənd İƏ üzrə nümayəndəliyində 06 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra ərizəçi “Şixzadayeva” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 373033 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 15 fevral 2018-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhərində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan AZ-İİİ 234103 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 sentyabr 1999-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 04 fevral 2004-cü il tarixdə Qusar rayonu Xürel kəndində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 228 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Qusar rayon Xürel kənd sakinidir və aşağıdakı ailə tərkibi vardır. Əri: X8, qızı: X11, oğlu: X10, oğlu: X9. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 229 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu ildə Qusar rayon Xürəl kəndində anadan olmuş X8 xx.xx.2016-cı il tarixindən Qusar rayon Avaran inzibati nümayəndəliyin ərazisində yaşamır, həyat yoldaşı Ərizəçi Zahiddin qızının dediyinə görə Türkiyə Respublikasına getmişdir. İşdə olan 33/4105 saylı 17 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. xx.xx.2016- istiqamət çıxış. Bununla yanaşı X5 xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 17/615590 saylı 22 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar Xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1979-cu il təvəllüdlü X6 adlı şəxs haqqında məlumat qeyddən keçmir. İşdə olan 149-19938-1222 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, Qusar rayon sakini X2 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ərizəçi əri X8 və uşaqları ilə birlikdə 2016-cı il tarixdəTürkiyə Respublikasına getmiş, İstanbul şəhərində müxtəlif ünvanlarda 2018-ci ilədək yaşamış, Yaqub adlı uşaq məhz Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuşdur. 2018-ci ildə X13 Respublikasına getmək istəmiş, bununla bağlı onların aralarında narazılıqlar olmuş, Ərizəçi Suriya Respublikasına getməyə razı olmamış, uşaqları ilə birlikdə Qusar rayonuna qayıtmışdır. Həmin vaxtdan etibarən X16 harada olması barədə məlumatı yoxdur, X7 gedib-getmədiyini, Türkiyədə olub-olmadığını dəqiq bilmir. Ərizəçi X16 əmlaklarının idarə edilməsi, həmçinin övladlarının öz atalarının himayəsindən məhrum olduqlarının təsdiq edilməsi üçün Mayis Şixzadayevin xəbərsiz itkin düşmüş hesab edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tədqiq olunmuş sübutlara birgə hüquqi qiymət verərək, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26 aprel 1979-cu il tarixdə Qusar rayonu Xurel kəndində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 26 aprel 1979-cu il tarixdə Qusar rayonu Xurel kəndində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. drlik edən: imza var. SƏDRLİK EDƏN Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar