Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-856/2024 06.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış borc pulun tələbinə ” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış borc pulun tələbinə ” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh, cavabdeh tərəfindən 15 iyul 2023-cü il tarixli 23/58 №-li alqı-satqı müqavilə üzrə öhdəliyinin pozulması nəticəsində ona borclu qaldığı 1911,14 (min doqquz yüz on bir manat on dörd qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 39,00 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsinixahiş etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranmış borc pulun tələbinə ” dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 15 iyul 2023-cü il tarixində bağlanmış № 23/58 olan alqı-satqı müqaviləsinə əsasən cavabdehə, Qusar şəhəri, Qurbanov küçəsində yerləşən, ona məxsus olan Tikinti materialları satışı mağazasından 2305,80 manat dəyərində tikinti materialları borca satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 69,17 manat komisyon xərcləri, 488,16 manat ödəniləcək faizlə cavabdehin ona cəmi 2 863,14 manat borcu yaranmışdır. Cavabdeh borcu, müqavilə ilə müəyyən edilmiş ödəmə qrafiki üzrə 2023-cü ilin avqust ayının 15-dən başlayaraq, hər aya müəyyən edilmiş miqdarda ödəmələr etməklə, 12 ay ərzində, 2024-cü ilin iyul ayının 15-nə kimi (həmin ay da daxil olmaqla), ödəməli idi. Cavabdeh tərəfindən ödəmə qrafiki üzrə ödəmələr edilməmiş, cavabdeh tərəfindən yalnız müxtəlif vaxtlarda 4 dəfə (hər dəfə 238,00 manat olmaqla) ödəmə edilməklə cəmi 952,00 manat ödənilmiş və cavabdehin ona 1911,14 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə borcun qaytarılması ilə əlaqədar etdiyi müraciətlərinin nəticəsi olmamışdir. Onun tərəfindən cavabdehlə müqavilədə nəzərdə tutulmuş öhdəliyi icra edilmiş, cavabdeh tərəfindən isə öhdəlik icra edilməməklə pozulmuşdur. Cavabdeh yuxarıda qeyd edilən miqdarda borcun qaldığını inkar etmir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 15 iyul 2023-cü il 23/58 saylı alqı-satqı müqviləsindən görünür ki, İddiaçı Cavabdeh 2863.14 (iki min səkkiz yüz altmış üç manat on dörd qəpik) manat məbləğində taxta, şifer satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh - Cavabdeh ilə etibarnamə üzrə nümayəndəsi arasında 15 iyul 2023-cü il tarixində bağlanmış № 23/58 olan alqı-satqı müqaviləsinə əsasən cavabdehə, Qusar şəhəri, Qurbanov küçəsində yerləşən, ona məxsus olan Tikinti materialları satışı mağazasından 2305,80 manat dəyərində tikinti materialları borca satılmışdır. Alqı-satqı müqaviləsinə uyğun olaraq 69,17 manat komisyon xərcləri, 488,16 manat ödəniləcək faizlə cavabdehin ona cəmi 2 863,14 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən ödəmə qrafiki üzrə ödəmələr edilməmiş, cavabdeh tərəfindən yalnız müxtəlif vaxtlarda 4 dəfə (hər dəfə 238,00 manat olmaqla) ödəmə edilməklə cəmi 952,00 manat ödənilmiş və cavabdehin ona 1911,14 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə borcun qaytarılması ilə əlaqədar etdiyi müraciətlərinin nəticəsi olmamışdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 iyul 2023-cü il tarixli № 23/58 olan alqı-satqı müqaviləsi üzrə öhdəliyinin pozulması nəticəsində İddiaçı borclu qaldığı 1911,14 (min doqquz yüz on bir manat on dörd qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-856/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-856/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver