Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-86/2023 06.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,1 ədəd SampoRosenlew SR- 2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800,00 (min səkkiz yüz) manat dəymiş maddi ziyanın və 38,00 (otuz səkkiz) manat dövlət rüsumunun cəmi 1838,00 (min səkkiz yüz otuz səkkiz) manat məbləğin X2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında bağlanmış 2021-ci il 16 may tarixli 06/00892 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SampoRosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş SampoRosenlew SR- 2045 markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1800,00 (min səkkiz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, SampoRosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 1800,00 (min səkkiz yüz) manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatverilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə Murad Camalov məhkəməyə ərizə göndərərək bildirmişdir ki, təyin edilmiş məhkəmə iclasına işlərin çoxluğu ilə əlaqədar gələ bilmir, ona görə də də, işə onların iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli 06/00892 saylı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqavilənin surətindən görünür ki, İddiaçı ASC-yə məxsus qeydiyyat nömrəsi 90T402 olan SR-2045saylı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmiş, istifadə müddəti 2 ay müəyyən edilmiş, istifadə haqqı 4000 manat müəyyən edilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC-nin bölmə rəhbəri X3 və Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında 06/00892 saylı xx.xx.2021-ci il tarixli 1 saylı aktın surətindən görünür ki, İddiaçı ASC-nin Xaçmaz RN-nin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan SR-2045 markalı, mühərrik nömrəsi Z28196 olan, 2014cü il buraxılışlı, 90T402 dövlət nömrə nişanlı taxılyığan kombayn, mühərriki, yanacaq sistemi, yağlama sistemi, soyutma sistemi, transmissiya, hidravlik sistemi, elektrik avadanlığı, digər mexanizmlər və qovşaqlar saz vəziyyətdə olmaqla mexanizator Cavabdeh təhvil verilmişdir. İşdə olan İddiaçı ASC-nin bölmə rəhbəri Cavabdeh və X3 tərəfindən tərtib edilərək imzalanmış texniki vəziyyət haqqında 06/00882 saylı 26 iyun 2021-ci il tarixli aktın surətindən görünür ki, Aqroservis” ASC-nin Xaçmaz RN-ninSiyəzən-Xızı rayon bölməsinin istifadəsində olan SR-2045markalı, mühərrik nömrəsi Z28196 olan, 2014-cü il buraxılışlı, 90T402 dövlət nömrə nişanlı taxılyığan kombayn, mühərriki, yağlama sistemi, transmissiya, hidravlik sistemi, digər mexanizmlər və qovşaqlar saz vəziyyətdə, texniki vəziyyəti, yəni elektrik avadanlığı, yanacaq sistemi və soyutma sistemi nasaz vəziyyətdə olmaqla Cavabdeh tərəfindən İddiaçı ASC-nə təhvil verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin X1 Siyəzən-Xızı RB-nin rəhbəri X3, mühəndis mexanikləri X5, X6 və mexanizator Cavabdeh tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, X1 Siyəzən-Xızı Rayon Bölməsinin istifadəsində olan şassi nömrəsi 561316, 2014-cü il istehsalı olan SR-2045 markalı taxılyığan kombayn texniki vəziyyətini araşdırarkən yanacaq nasosunun (iynələrin, eksantrik tablo, prunjerlər, rotor), generatorun və gediş qayışının istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Taxılyığan kombaynın cari ildə işə yararlığını təmin etmək məqsədilə yanacaq nasosu əsaslı təmir olunmuş, gediş qayışı və generator yenisi ilə əvəz olunmuş və mövsümü taxıl biçini üçün dislokasiya olunmuş Biləsuvar rayonuna daxil olan zaman yenidən yanacaq nasosunun iş fəaliyyətinin pozulması nəticəsində porşen və gilzalar əriyərək sıradan çıxmış, mühərrik yararsız vəziyyətə düşmüşdür. Siyəzən-Xızı RB-nin istifadəsində olan 559928 şassi nömrəli kombaynın Z28196 zavod nömrəli 4 silindirli mühərriki ilə əvəz edilmişdir. Lakin yanacaq nasosunda yaranan nasazlıqlar səbəbindən kombayn xx.xx.2021-ci il tarixdə işə salmaq mümkün olmuşdur. xx.xx.2021-ci il tarixdə kombayn Biləsuvar rayonundan çıxmışdır. xx.xx.2021-ci il tarixində Siyəzən rayonuna çatmışdır. xx.xx.2021-ci il tarixində Siyəzən rayonunda taxıl biçininə başlamışdır. xx.xx.2021-ci il tarixində yenidən yanacaq nasosu sıradan çıxmış, kombaynı işə salmaq mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixində yedək vasitə ilə gətirilərək Xaçmaz RN-nin Siyəzən-Xızı RB-nin parkında saxlanılmışdır. İşdə olan İddiaçı ASC tərəfindən tərtib edilmiş “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə arayışın surətindən görünür ki, 06/00892 saylı 16 may 2021-ci il tarixli müqavilə əsasında bölmənin istifadəsində olan və mexanizator tərəfindən operativ lizinqə götürülmüş 561316 şassi nömrəli “SR-2045 Sampo” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün 1 ədəd yanacaq nasosunun təmiri üçün 1800 manat məbləğində ehtimal xərclər hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasənöhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasənzərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı ASC Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il tarixli 06/00892 saylı operativ lizinq müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməklə özünə məxsus olan 2014-cü il buraxılışlı, SR-2045 markalı 90T402 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynı texniki cəhətdən tam saz vəziyyətdə Cavabdehtəhvil vermiş, bu barədə həmin ASC-nin bölmə rəhbəri Rəşad Süleymanovun və Cavabdehniniştirakları ilə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur.Cavabdehlizinq müqaviləsi üzrə icarəyə götürdüyü taxılyığan kombaynı müəyyən olunmuş müddət ərzində istifadə etdikdən sonra tam saz vəziyyətdə geri qaytarmağı üzərinə götürsə də, həmin öhdəliyinə əməl etməyərək kombaynı, elektrik avadanlığı, yanacaq və soyutma sistemləri nasaz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Bununla da, cavabdeh yuxarıda göstərilən lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya real maddi ziyan vurulmuşdur. Hal-hazırda iddiaçıya məxsus taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün cəmi 1800 manat məbləğində xərc tələb olunur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi nəticəsində dəymiş ziyanın, yəni taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclərin iddiaçıya ödənilməsi öhdəliyi, iddiaçının həmin xərcləri cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh bir ədəd SR- 2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yəödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1 ədəd SampoRosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800,00 (min səkkiz yüz) manat dəymiş maddi ziyan və 38,00 (otuz səkkiz) manat dövlət rüsumu - cəmi 1838,00 (min səkkiz yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-86/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-86/2023
06.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver